az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.: (994 12)  5397213
E-mail:

depart17@iit.ab.az, rasim@science.az

Struktur bölmənin rəhbəri:

Rasim Məhəmməd oğlu Əliquliyev
AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

10

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

İnformasiya Cəmiyyətinin elmi-nəzəri, texnoloji, hüquqi, sosial-iqtisadi, mədəni aspektlərinin araşdırılması.

Struktur bölmənin  əsas elmi nəticələri:

İnformasiya Cəmiyyətinin elmi-nəzəri əsaslarının tədqiqi, etibarlı, dayanıqlı və təhlükəsiz elektron idarəetmə (e-hökumət, e-bələdiyyə və s.) texnologiyalarının işlənilməsi sahəsində mühüm elmi nəticələr əldə olunmuşdur. İnformasiya cəmiyyətinin elmi-nəzəri, informasiya iqtisadiyyatı, təhsil prosesinin informasiyalaşdırılması, informasiya təhlükəsizliyi, o cümlədən, informasiya cəmiyyətinin formalaşma mərhələləri, informasiya inqilabları, informasiya ekologiyası, informasiya mədəniyyəti, informasiya menecmenti, İnternet-jurnalistikanın formalaşdırılması problemləri, İnformasiya Cəmiyyətinin onlayn monitorinqi sisteminin işlənilməsi, İnternetdən istifadənin analizi üçün metodların işlənməsi, müxtəlif təyinatlı korporativ informasiya fəzalarının (e-elm, e-mədəniyyət, e-turizm və s.) formalaşdırılması və reallaşdırılması problemləri, e-hökumət mühitində e-sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin işlənilməsi, informasiya resurslarının həyat tsiklinin idarə olunması, spamlarla mübarizə metodları, İnternet asılılığı ilə mübarizə üsullarının işlənilməsi, informasiya müharibəsi texnologiyaları, elektron demokratik təsisatların reallaşdırılması texnologiyalarının işlənməsi, e-hökumət mühitində dövlət sirrinin təmin olunması mexanizmlərinin işlənməsi, veb-resursların formalaşdırılması və idarə olunması mexanizmlərinin işlənməsi, onlayn təhsil mühitinin formalaşdırılması və idarə olunması, ölkəmizdə İKT iqtisadiyyatının digər iqtisadi sahələrlə qarşılıqlı təsirinin araşdırılması və inkişaf tendensiyalarının modelləşdirilməsi, İnternetin tənzimlənməsi problemlərinin tədqiq olunması istiqamətində elmi-nəzəri və praktiki işlər aparılır.
İnformasiya Cəmiyyəti sahəsində dövlət siyasəti istiqamətində qəbul olunmuş dövlət proqramları və qanunlarından irəli gələn məsələlərin həllində bilavasitə iştirak edilmiş, "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində institutun qarşısına qoyulan məsələlərin həlli istiqamətində işlər aparılır.