az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Tel.:

(994 12) 5102760

E-mail:

depart12@iit.ab.az

Struktur bölmənin rəhbəri:

Mədinə Tacəddin qızı Səidova

İşçilərin ümumi sayı:

13

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Institut əməkdaşlarını elmi-texniki informasiya ilə təmin etmək üçün informasiya xidmətinin təşkili. Ənənəvi kitabxana-informasiya xidməti ilə yanaşı "İntellektual informasiya xidməti sistemi" vasitəsi ilə elmi tədqiqatçıların informasiya tələbatının həyata keçirilməsi.

Beynəlxalq elmi-texniki cəmiyyətlərə və rəqəm kitabxanalarına üzvlüklə əlaqədar işlərin aparılması, informasiya mübadiləsi (ACM, IEEE, EBSCO, eİFL (Oxford Reference Online, Oxford English Dictionary Online, Cambridge Journals Online, Bioone Database, IOP Electronic Journals)).

İnstitut əməkdaşlarının elmi əsərlərinin "Wikipediya" da yerləşdirilməsi məsələsi ilə əlaqədar işlərin aparılması.

Struktur bölmənin  əsas elmi nəticələri:

İnformasiya resurslarının formalaşdırılması və yadda saxlanılması problemləri istiqaməti üzrə "Korporativ intellektual kontent provayderin sintezi metod və alqoritmlərinin işlənilməsi" və  "İntellektual elektron kitabxana şəbəkələri" elmi mövzuları ilə baglı informasiya tələbatı, istifadəçi profillərinin müəyyən edilməsi problemləri araşdırılıb, "İntellektual informasiya xidməti sistemi" vasitəsi ilə sorguların emalı dinamikası təhlil olunub, Viki texnologiyaları əsasında yeni elektron kitabxana şəbəkələrinin formalaşdırılması üsulları tədqiq olunub.