|
Tel.: |
(994 12) 5398548 |
|
E-mail: |
|
|
Struktur bölmənin rəhbəri: |
Əli Məmməd oğlu
Abbasov |
|
İşçilərin ümumi sayı: |
10 |
|
Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: |
Kompyuter şəbəkələri və informasiya
sistemlərinin layihələndirilməsi məsələlərinin elmi-nəzəri və praktiki
əsaslarının işlənməsi. |
|
Struktur bölmənin əsas elmi nəticələri: |
Paylanmış intellektual sistemlərin nəzəri və praktiki əsasları təklif edilmişdir. Qeyri-səlis relyasiya strukturlu paylanmış biliklər bazaları, onlar üzərində qərarların qəbulu və ekspert sistemləri yaradılmış, qeyri-səlis strukturlu biliklər bazalarında adaptasiya metodları və ideal bilik bazasının riyazi modeli verilmişdir. Rəqəm imzalı elektron sənədlərin dövriyyəsi və emalını həyata keçirən alqoritm və proqram vəsitələri işlənmişdir. Müxtəlif təyinatlı korporativ informasiya sistemləri (elektron sənədlər dövriyyəsi, arxiv, tapşırıqlara nəzarət, auditorlar palatası, kadrlar, qərarların qəbulunu dəstəkləyən sistem və s.) işlənmişdir. İnternet şəbəkəsində domen zonalarının monitorinqi və müqayisəli təhlili aparılmış, milli domen adları sistemi biliklər bazasının yaradılmasının konseptual əsasları işlənmişdir. E-elm çərçivəsində elektron sənədlərin intellektual emalı və dövriyyəsi sisteminin arxitektur prinsipləri, mətn tipli sənədlərin məzmuna görə avtomatik təsnifatı və referatlaşdırılması üçün model və alqoritmlər işlənmişdir. |

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011