|
|
| Ünvan: | AZ1141, Azərbaycan Respublikası, Bakı ş., F.Ağayev küç.,9 |
![]() |
|
| Tel.: | (994 12) 4390167 | ||
| Faks: | (994 12) 4396121 | ||
| E-mail: | secretary@iit.ab.az | ||
| Direktor: |
Rasim
Məhəmməd oğlu Əliquliyev Texnika elmləri doktoru, AMEA-nın müxbir üzvü Tel.: (994 12) 4390167 Faks: (994 12) 4396121 E-mail: rasim@elm.az |
||
| Direktor müavini: | Mahmud
Rüstəm oğlu Vəlibəyov |
||
| Elmi katib: | Mədinə Tacəddin qızı
Səidova Tel.: (994 12) 4398379 E-mail: medine@iit.ab.az |
||
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: | Yeni informasiya texnologiyaları əsasında müxtəlif sahələrin informasiyalaşdırılması, intellektual kompüter şəbəkələri və sistemlərinin yaradılması, informasiya təhlükəsizliyinin təmin olunması |
||
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
|
||
| Təşkilatın tarixi haqqında qısa məlumat: |
İnstitutun yaranma tarixi haqqında. İnstitutun əsasını 1971-ci ildə AMEA Kibernetika İnstitutunun nəzdində
yaradılmış Avtomatlaşdırılmış İdarəetmə Sistemləri Şöbəsi təşkil edir.
İnstitutun struktur bölmələri F.Ağayev, 9 küçəsində yerləşən 7 mərtəbəli binanın 2-ci mərtəbəsinin az bir hissəsində, 3 və 4-cü mərtəbələrində tam olaraq, AMEA Əsas binasının 8-ci mərtəbəsinin bir hissəsində, həmin binanın 2-ci mərtəbəsinin bir hissəsində və Rəyasət Heyətinin 1-ci mərtəbəsinin bir hissəsində yerləşir. İnstitutun kadr potensialı. Hal-hazırda institutda 250 əmkdaş fəaliyyət göstərir. İnstitutda, demək olar ki, İT sahəsinin bütün seqmentləri üzrə yüksək ixtisaslı mütəxəssislər vardır. İnstitutda 2 akademik, 1 müxbir üzv, 6 elmlər doktoru, 15 elmlər namizədi, 13 aspirant, 55 dissertant elmi-tədqiqat işləri ilə məşğul olurlar. İnstitut son illər ərzində respublikanın ayrı-ayrı qurumlarını müxtəlif ixtisaslı mütəxəssislərlə təmin etmişdir: BP, Azərcell, Huquq mühafizə orqanları, «RİSK», «İntrans», «Azerin» BM, «SİNAM İNVEST», «ADANET», İqtisad universiteti, Memarlıq və inşaat universiteti, İdarəetmə akade-miyası, Milli Bank, Space, Gömrük Komitəsi, Vergilər nazirliyi, AAK, UNESCO, ATƏT-in Kosovadakı ofisi, Kommersiya bankları, şirkətlər və s. İnstitutun əsas elmi-texniki nailiyətləri. İnstitutun əsas elmi-texniki və praktiki fəaliyyəti. İfrat mürəkkəb strukturlu korporativ informasiya fəzaları üçün şəbəkələrin çoxmeyarlı sintezi və onların resurslarının dinamiki olaraq optimal virtuallaşması məsələləri təhlil və tədqiq olunur. Uçan aparatların dinamiki iş rejimlərinin identifikasiyası modelinin və alqoritminin işlənməsi üzrə tədqiqatlar davam etdirilir. AR-da idarəetmə, makroiqtisadi, sosial-humanitar sahələrin informasiyalaşdırılması üzrə elmi-tədqiqat işləri aparılır və lazımi tövsiyyələr hazırlanır. Rəqəm iqtisadiyyatının elmi-nəzəri əsasları və onun AR-da ayrı-ayrı tətbiq sahələri tədqiq olunur. Korporativ informasiya fəzasının təhlükəsizliyinin təmin olunması istiqamətində elmi-tədqiqat işləri aparılır. Elektron rəqəm imzasının tətbiq olunması ilə əlaqədar elmi-texniki problemlər araşdırılır və lazımi tövsiyyələr hazırlanır. Biliklərin əldə olunması və idarə olunması texnologiyasının elmi-nəzəri əsasları tədqiq olunur və onun müxtəlif tətbiq sahələri araşdırılır. Korporativ informasiya sistemlərinə və şəbəkələrinə olan təhlükələrin aşkar olunması üçün metod və alqoritmlər işlənilir. GİS texnologiyasının elmi-nəzəri əsasları tədqiq olunur və onun respublikamızda müxtəlif sahələrdə tətbiqi üçün təkliflər hazırlanılır. Əks olunmuş videosiqnallara əsasən hava hədəflərinin aşkarlanması, identifikasiyası, avtomatik izlənməsi və bu informasiyanın real vaxt miqyasında xüsusiləşdirilmiş kompüter şəbəkəsi vasitəsilə uzaq məsafəyə ötürülməsi problemlərinin elmi-nəzəri və praktiki əsasları araşdırılır. İntellektual informasiya xidməti sistemləri, o cümlədən elektron kitabxanaların yaradılması üçün layihələr hazırlanır və onun kütləvi olaraq yayılması üçün tədbirlər görülür. CDN və SAN texnologiyaları əsasında dinamiki formalaşan intellektual informasiya resurslarının yaradılması üçün metod və alqoritmlər işlənilir. Respublikada müxtəlif sahələrdə meydana çıxan mürəkkəb hesablamalara və böyük yaddaşa tələbatı olan mühüm məsələlər araşdırılır, sistemləşdirilir və onların həlli üçün virtual superkompüterlərin yaradılmasının arxitektur-texnoloji əsasları və metodları işlənilir. Müasir İT əsasında cəmiyyətdə biliklərin ötürülməsi və inikas olunması proseslərinin virtuallaşması məsələləri tədqiq olunur. Müxtəlif arxitekturlu və texnoloji təyinatlı kompüter şəbəkə və sistemlərinin konvergensiyası üsulları işlənilir və layihələndirilməsi işləri həyata keçirilir. Azərbaycan dilinin elektron informasiya fəzasında geniş tədbiqi, bu dillə digər dillər arasında maşın tərcüməsinin həyata keçirilməsi istiqamətində elmi-təqdiqat işləri davam etdirilir. İnternetin I və II Azərbaycan qovşaqlarına, onların AMEA üzrə İntranet şəbəkə infrastrukturuna xidməti daima genişləndirir, QoS göstəricilərinin yaxşılaşdırılması istiqamətində elmi-tədqiqatlar aparır və 24 saatlıq istismarını həyata keçirir. AzRENA ictimai birliyinin baza təşkilatı kimi «Virtual İpək Yolu» layihəsini həyata keçirir, 24 saat ərzində fasiləsiz olaraq VSAT kiçik ölçülü peyk stansiyasına xidmət edir, respublikanın bir-sıra elmi-tədqiqat və ali tədris müəssisələrinə İnterent xidmətləri göstərir. Bu istiqamətdə həyata keçirilən işlər günü gündən genişlənir. İnstitutun Tədris Mərkəzində Respublika üzrə aspirant və dissertantlara mərkəzləşdirilmiş qaydada «İnformatika» fənnini tədris edir və namizədlik imtahanlarını qəbul edir. Sifarişlər əsasında ayrı-ayrı şəxslərə İT-nin müxtəlif istiqamətləri üzrə tədris və onların biliklərinin sertifikatlaşdırılması işlərini həyata keçirilir. İnstitutun Tədris Mərkəzində CISCO kompaniyasının şəbəkə akademiyası fəaliyyətə başlamışdır. www.elm.az portalının sutka ərzində istismarını həyata keçirir. AMEA-nın bütün qurumlarında, institut və təşkilatlarında istismarda olan 1500-dən çox kompüterə, bundan başqa çoxlu sayda şəbəkə avadanlıqlarına, kommunikasiya sistemlərinə, təşkilatı texnika qurğularına xidməti, onların təmiri və modernizasiya olunması işlərini həyata keçirir. 2003-cü ilin 10 ayı ərzində institutda həyata keçirilən əsas tədbirlər AMEA-nın Kibernetika institutu ilə birgə «İnformasiyalaşdırma, kibernetika və informasiya texnologiyalarının müasir problemləri» respublika elmi konfransı keçirilmişdir. NATO-nun Baş katibi, cənab L.Robertsonun iştirakı ilə «Virtual İpək Yolu» layihəsi işə salınmışdır. Bakı şəhərində fəaliyyət göstərən ali məktəblərin təmsilçilərinin iştirakı ilə «Virtual İpək Yolu» layihəsinin inkişaf perspektivlərinə həsr olunmuş geniş iclası təşkil olunmuşdur. İnstitutun Situasiya Mərkəzində AMEA RH-nin www.elm.az portalının istismara verilməsinə həsr olunmuş, akademiyanın bütün institut və təşkilatlarının rəhbər və təmsilçilərinin iştirakı ilə geniş iclası keçirilmişdir. İnstitutun yaxından iştirakı ilə NATO və CEENet (Mərkəzi və Şərqi Avropa ölkələrinin elm və kompüter şəbəkələri üzrə assosiasiyası) beynəlxalq təşkilatlarının şəbəkə texnologiyaları üzrə birgə seminarı təşkil olunmuşdur. İnstitutun yaxından iştirakı ilə İNTAS-ın maliyyələşdirdiyi «Kitabxana Aksiyası» tədbiri çərçivəsində İNASP-ın təşkil etdiyi «Elektron jurnal və elektron kitabxana resurslarının idarə olunması» mövzusunda seminarı keçirilmişdir. 2004-cü ildə institutun elmi əməkdaşları İnternetin respublikada və AMEA-da inkişafı və tətbiqi, korporativ şəbəkələrin təhlükəsizliyi və elektron sənəd dövriyyəsi, informasiyaların və verilənlərin intellektual analiz texnologiyaları, audio-video informasiya sistemləri, sosial-iqtisadi sistemlərin informasiyalaşdırılması, informasiya cəmiyyətinin formalaşması məsələləri və s. ilə bağlı aktual elmi-texniki problemlərin tədqiqi və təhlili istiqamətində mühüm işlər həyata keçirmişlər. Bu il institutun əməkdaşları respublika səviyyəli konfranslarda 49 məruzə və tezislə, beynəlxalq səviyyəli konfrans və simpoziumlarda isə 56 məruzə və tezislə iştirak etmişlər. Bundan başqa əməkdaşların respublika səviyyəli elmi jurnallarda 16, beynəlxalq səviyyəli elmi jurnallarda 16 məqaləsi dərc olunmuşdur. İnstitutun Tədris Mərkəzində 2004-cü il ərzində 1077 nəfər aspirant və dissertant “İnformatika” fənni üzrə kurslarda təhsil almış və namizədlik imtahanı vermişlər. 2005-ci ildə institut əməkdaşları tərəfindən “Virtual İpək Yolu” layihəsi çərçəvəsində AMEA Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti və Mingəçevir Politexnik İnstitutu İnternet şəbəkəsinə qoşulmuş, “İntellektual Kütləvi İnformasiya Xidmətləri Sistemi”nin modulları işlənmiş, “İnformasiya Texnologiyalarının problemləri” və “İnformasiya Cəmiyyətinin problemləri” elektron jurnallarının veb-saytları hazırlanmışdır. RİTN “Teleradio” İB-nin sifarişinə əsasən “GİS texnologiyaları əsasında yeni layihələndirilən radio-televiziya vericilərinin anten-fiber qurğularının əhatə zonalarının modelləşdirmə sisteminin işlənməsi” mövzusu üzrə işlər aparılmış, RİTN Aztelekom İB-nin sifarişinə əsasən sifarişli telefon xidməti operatorlarının işçi yerlərinə avtomatik nəzarət sistemi işlənmiş, xüsusi rabitə kanalları üçün siqnalizasiya sisteminin modernləşdirilməsi və digər işlər görülmüşdür. İnstitutun Tədris Mərkəzində 2005-ci il ərzində “İnformatika” fənni üzrə 1157 aspirant və dissertantlar təhsil almış və imtahan vermişlər, Auditorlar Palatasının üzvləri və əməkdaşları üçün xüsusi kurslar təşkil olunmuşdur. İnstitut CİSCO şirkəti tərəfindən Şəbəkə Akademiyası statusuna layiq görülmüşdür. 2005-ci ildə institut «AZERBAIJAN E-CONTENT AWARD-2005» və “İntellekt – 2005” müsabiqələrində mükafata layiq görülmüşdür. 2006-cı ildə institutun mütəxəssisləri tərəfindən “Simurq” Virtual Azərbaycan Klaviaturası, “Elektron hökumət” proqramının tərkib hissəsi kimi “Xarici səfərlər” korporativ informasiya sisteminin layihəsi işlənmişdir. İnstitut əməkdaşları RİTN tərəfindən təşkil olunmuş müxtəlif tədbirlərdə (BAKUTEL, E-Naxçıvan, E-Lənkəran və s.) yaxından iştirak etmiş və müvafiq tapşırıqları həyata keçirmiş, AR Prezident Aparatının tapşırığına əsasən Microsoft şirkətinin “Windows Vista” əməliyyat sisteminin və Microsoft Office 2007 proqram paketinin Azərbaycan dilinə tərcüməsi və ekspertizası işlərində yaxından iştirak etmiş, “Uşaqlar üçün informatika” ensiklopediyasının Azərbaycan dilinə tərcümə etmişlər. İnstitutun Tədris Mərkəzində 2006-cı il ərzində “İnformatika” fənnindən 1351 aspirant və dissertantlar təhsil almış və imtahan vermiş, vətəndaşların müraciəti əsasında informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə fərdi kurslar təşkil olunmuş, Auditorlar Palatasının üzvləri və əməkdaşları üçün xüsusi kurslar təşkil olunmuş, institutun Tədris Mərkəzində vətəndaşlar üçün CISCO Lokal Akademiyasının kursları təşkil olunmuş və onlar on-line rejimdə imtahan verərək həmin akademiyanın sertifikatını almışlar. 2006-cı il ərzində institutun əməkdaşları beynəlxalq səviyyəli elmi konfranslara və simpoziumlara 35, respublika səviyyəli müvafiq tədbirlərə 32 tezis və məruzə təqdim etmiş, xaricdə nəşr olunan elmi jurnallarda 72, respublikada isə 19 məqalə dərc etdirmiş, 6 kitab hazırlamış və bu il ərzində institutda xarici qonaqlarla informasiya cəmiyyəti və informasiya texnologiyalarının aktual məsələlərinə həsr olunmuş bir sıra əhəmiyyətli görüşlər keçirilmişdir. 2007-ci ildə institut informasiya cəmiyyəti sahəsində dövlət siyasəti istiqamətində qəbul olunmuş dövlət proqramları və qanunlarından irəli gələn məsələlərin həllində bilavasitə iştirak etmiş, “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində institutun qarşısına qoyulan məsələlərin həlli istiqamətində informasiya cəmiyyətinin elmi-nəzəri əsaslarının tədqiqi, intellektual korporativ şəbəkə və sistemlərin yaradılması, İnternet mühitində etibarlı və təhlükəsiz elektron idarəetmə (e-hökumət, e-bələdiyyə və s.) texnologiyalarının işlənilməsi sahəsində mühüm elmi nəticələr əldə etmişdir. İnstitutda informasiya-hesablama texnologiyası problemləri, informasiya-kommunikasiya texnologiyaları, informasiya resurslarının formalaşdırılması və yadda saxlanılması, audioinformasiya texnologiyaları, hərbi informatika, coğrafi informasiya texnologiyaları, multimedia informasiya texnologiyaları, informasiya təhlükəsizliyinin elmi-texnoloji problemləri, linqvistik informasiya texnologiyaları və digər problemlər istiqamətində işlər görülüb. 2007-ci hesabat ili ərzində institut əməkdaşlarının xaricdə nəşr olunan elmi jurnallarda 41, respublikada isə 17 məqaləsi dərc edilmiş, həmçinin elmi-texniki informasiya təminatı, elmi-praktiki nəticələrin təbliği və reklam-marketinq işləri, elmi-təşkilati işlər və tədbirlər keçirilmişdir. İnstitutda 1542 aspirant və dissertant informatika üzrə namizədlik imtahanı vermiş, onlardan 669 nəfəri aspirant, 873 nəfəri isə dissertantdır. 2008-ci ildə institut informasiya cəmiyyəti sahəsində dövlət siyasəti istiqamətində qəbul olunmuş dövlət proqramları və qanunlarından irəli gələn məsələlərin həllində bilavasitə iştirak etmişdir. İnstitutda verilənlərin intellektual analizi, sosial şəbəkələr, informasiya resurslarının formalaşdırılması, biometrik sistemlərin təhlükəsizliyi, informasiya təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, informasiya ekologiyası, coğrafi informasiya texnologiyaları, audioinformasiya texnologiyaları, hərbi informatika, linqvistik informasiya texnologiyaları, informasiya-hesablama texnologiyaları, virtual məkanda Azərbaycan, elm və təhsilin informasiyalaşdırılması, informasiya cəmiyyəti və digər problemlər istiqamətində işlər görülmüşdür. Bundan əlavə institutda sensor şəbəkələri, obrazların tanınması, süni intellekt, intellektual informasiya sistemləri üzrə aparılan elmi-tədqiqat işləri yerinə yetirilmişdir. İnstitut əməkdaşları beynəlxalq səviyyəli elmi konfranslara və simpoziumlara 28, respublika səviyyəli müvafiq tədbirlərə 56 tezis və məruzə təqdim etmişdir. 2008-ci hesabat ili ərzində institut əməkdaşlarının xaricdə nəşr olunan elmi jurnallarda 39, respublikada isə 17 məqaləsinin dərc edildiyini, institutun əməkdaşları tərəfindən 4 kitab hazırlandığını nəzərə çatdıran alim, həmçinin elmi-texniki informasiya təminatı, elmi-praktiki nəticələrin təbliği və reklam-marketinq işləri, elmi-təşkilati işlər və tədbirlər, əldə edilən mühüm elmi nəticələr əldə olunmuşdur. İnstitutun Tədris İnnovasiya Mərkəzində respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrindən 1512 nəfərin kurslarda iştirak etmiş və namizədlik imtahanı vermişdir. Onlardan 612 nəfəri aspirant, 900 nəfəri isə dissertantdır. 2009-cu ildə institut informasiya cəmiyyəti sahəsində dövlət siyasəti istiqamətində qəbul olunmuş dövlət proqramları və qanunlarından irəli gələn məsələlərin həllində bilavasitə iştirak etmişdir. Hesabat ilində institutda verilənlərin analitik informasiya və veb-texnologiyaları, informasiya təhlükəsizliyi, sosial şəbəkələr, biometrik sistemlərin təhlükəsizliyi, informasiya resurslarının formalaşdırılması, informasiya-kommunikasiya texnologiyaları, linqvistik informasiya texnologiyaları, coğrafi informasiya texnologiyaları, hərbi informatika, informasiya-hesablama texnologiyaları, audioinformasiya texnologiyaları, informasiya ekologiyası, informasiya cəmiyyəti, sosioinformasiya texnologiyaları, virtual məkanda Azərbaycan problemləri, elm və təhsilin informasiyalaşdırılması və digər problemlər üzrə işlər görülmüşdür. İnstitut əməkdaşları beynəlxalq səviyyəli elmi konfranslara və simpoziumlara 37, respublika səviyyəli müvafiq tədbirlərə 4 tezis və məruzə təqdim etmişlər. 2009-cu hesabat ili ərzində institut əməkdaşlarının xaricdə nəşr olunan elmi jurnallarda 37, respublikada isə 16 məqaləsi dərc edilmiş, institutun əməkdaşları tərəfindən 7 kitab və broşür hazırlanmışdır. İnstitutun Tədris İnnovasiya Mərkəzində respublikanın elmi-tədqiqat və ali təhsil müəssisələrindən 1357 nəfər kurslarda iştirak etmiş və namizədlik imtahanı vermişlər. Onlardan 495 nəfəri aspirant, 862 nəfəri isə dissertantdır. |
||
| Təşkilatın işçilərinin ümumi sayı: | 240 | ||
| Təşkilatın struktur bölmələri: | 1 saylı şöbə | ||
| | Rəyasət
heyəti | Rəyasət
heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar
| | AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri | |