az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Ünvan: AZ1141 Azərbaycan Respublikası Bakı ş., B. Vahabzadə küç. 9.

Tel.: (994 12) 4390151
Faks: (994 12) 4392826
Email: cyber@cyber.ab.az
Direktor: Telman Abbas oğlu Əliyev
Texnika elmləri doktoru, professor, akademik
Tel.: (994 12) 4390151
Email:
cyber@cyber.ab.az
Direktor müavinləri: Oqtay Qüdrət oğlu Nüsrətov
Texnika elmləri doktoru
Tel.: (994 12) 4392743
Email:
cyber@cyber.ab.az
Rauf Mustafa oğlu Qədimov
Texnika elmləri namizədi
Tel.: (994 12) 4390531
Email:
cyber@cyber.ab.az
 
Elmi katib: Zəhra Ələkbər qızı Əzizova
Tel.: (994 12) 4393943
Təşkilatın əsas fəaliyyət istiqamətləri:

İdarəetmə və informatika, siqnalların analizi texnologiyaları, stoxastik proseslər və sistemlər, modelləşdirmə, identifikasiya və optimallaşdırma, intellektual sistemlər və texnologiyalar, intellektual hibrid informasiya sistemləri, qərar qəbuletmə texnologiyaları, informasdiya-kommunikasiya texnologiyaları, informasiya sistemləri və şəbəkələri, iqtisadiyyatda informasiya texnologiyaları.

 

2010-cu  ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:

1. İstismarı dayandırılmış neft quyularının polad borularından akustik kanal kimi istifadə etməyin mümkünlüyünün elmi əsasları hazırlanmış və onun əsasında zəlzələni yaradan anomal seysmik proseslərin monitorinqinə imkan verən seysmoakustik telemetrik stansiyanın qurulma prinsipləri təklif edilmişdir. Stansiyanın eksperimental variantı Qum adasında 3500 m dərinlikli 5  №-li neft quyusunda quraşdırılmış və istismara verilmişdir. Alınan eksperimental nəticələr göstərmişdir ki, stansiya zəlzələdən 5-10 saat əvvəl onu yaradan anomal seysmik prosesi qeyd etmək imkanına malikdir. Hazırda stansiyanın monitorları seysmik mərkəzdə və Rabitə və İnformasiya texnologiyaları Nazirliyində yerləşdirilmişdir. Stansiyanın yeniliyi beynəlxalq  və Avrasiya patentləri ilə təsdiq edilmiş, ABŞ-da "Seismic Instruments" jurnalının   2011 ilin 1№-də nəşr edilmişdir.

2. Qeyri-stasionar obyektlərin texnoloji parametrlərinin küylə qarışıq siqnallarının robast korrelyasiya və robast spektral analizi nəzəriyyəsi və texnologiyaları təklif edilmişdir. Bunun əsasında yazılmış monoqrafiya ABŞ-ın Kluwer nəşriyyatı tərəfindən 2003-cü ildə New Yorkda çap edilmiş, internetdə və Qərbin kitab mağazalarında satışa buraxılmış, Qərb universitetləri üçün dərslik kimi istifadəyə verilmişdir və "CRDF" (U.S. Civilian Research and Development Foundation Azerbaijan National Academy of Sciences, Azerbaijan National Science Foundation) "Azərbaycan-Amerika birgə qrantı (2004-cü ildə) ilə dəstəklənmişdir

3. Texnoloji parametrlərin faydalı siqnallarının və küylərinin analizi üçün küylərin analizi nəzəriyyəsi təklif edilmişdir. Bunun əsasında yazılmış monoqrafiya Springer nəşriyyatı tərəfindən 2007-ci ildə Londonda çap edilmiş, internetdə və qərbin kitab mağazalarında satışa buraxılmış, Qərb universitetləri üçün dərslik kimi istifadəyə verilmişdir və «Azərbaycan - ABŞ İkitərəfli Qrant Proqramı (BGP II) - 2007» fondundan (№AZM1-3108-BA-08, 2008) qrantı  ilə dəstəklənmişdir.

4. Obyektlərin texnoloji parametrlərinin küylə qarışıq siqnallarının korrelyasiya matrislərinin elementlərinin xətalarını tarazlaşdırmaqla riyazi modellərin adekvatlığının təmin olunmasının mümkünlüyünün nəzəri əsasları hazırlanmışdır. Onların əsasında yazılmış "Экспериментальный анализ", "Основы экспериментального анализа" monoqrafiyaları Moskvanın "Машиностроение" nəşriyyatında çap edilmişdir. Yaradılmış texnologiyalar və modellər H.Əliyev adına neftayırma zavodunda katalitik krekinq qurğusunda tətbiq edilmişdir.

5. Kompressor stansiyalarının qəza rejiminə keçmələrinin gizli dövrünün monitorinqini təmin edən robast informasiya texnologiyaları yaradılmış və onun əsasında H.Əliyev adına neftayırma zavodunda MK 301/2 kompressorunun  nəzarət sistemi yaradılmışdır. Sistem 2007-ci ildən komressor stansiyasının qəzasız istismarını təmin edir.

6. Dərinlik nasoslu neft quyularının yerüstü avadanlıqlarının küy analizi texnologiyası əsasında işləyən mühafizə stansiyasının proqram-aparat vasitələri yaradılmış və  Şirvan OİL neft şirkətində 2009-cu ildə tətbiq edilmiş və sistemin yeniliyi Avrasiya patenti  ilə təsdiq olunmuşdur.

7. Dərinlik neft quyularının qazılması zamanı baş verə biləcək  qəzaların gizli dövrünün robast və küy analizi texnologiyaları və texniki vasitələri təklif edilmiş, onun maket variantı hazırlanmış və Qum adasında sınaqdan keçirilmişdir. Nəticə həmin sahənin nüfuzlu beynəlxalq jurnallarında dərc edilmişdir.

8. Dərinlik nasoslu neft quyularının yeraltı və yerüstü neft avadanlıqlarının texniki vəziyyətinin dəyişməsinin gizli dövrünün monitorinqi üçün hibrid intellektual informasiya texnologiyası təklif edilmiş, uyğun proqram-aparat vasitələri yaradılmış və Qarasu əməliyyat şirkətində tətbiq edilmişdir. Sistemin yeniliyi Avrasiya patenti ilə təsdiq olunmuşdur.

9. Balaxanı neft mədənlərində robast analiz texnologiyası əsasında işləyən  neft quyularının paylanmış səlis idarə stansiyası yaradılmış və 2009-cu ildən istismara verilmişdir. Sistem elektrik enerjisinin sərfini 40-50% azaltmaqla təmir arası vaxtını 20-30% artırmaqla azdebitli neft quyularının rentabelliliyini xeyli yaxşılaşdırır.

10. Neft mədənlərində quyularının məhsuldarlığının  avtomatik ölçülməsini idarə olunmasını təmin edən intellektual trap qurğusunun yaradılmasının nəzəri əsasları verilmiş və onun eksperimental variantı Salyan OİL mədənlərində istismara verilmişdir.

11. Dərinlik dəniz neft-qaz platformalarının estakadalarının və başqa kommunikasiyaların qəza rejiminə keçmələrinin gizli dövrünün etibarlı monitorinqini təmin edən küy-analiz texnologiyalarının proqram-aparat vasitələrinin yaradılmasının nəzəri əsasları verilmiş və həmin sahənin nüfuzlu beynəlxalq jurnallarında nəşr edilmişdir.

12. Hündür binaların və strateji tikinti obyektlərinin seysmodayanıqlıqlarının dəyişməsinin gizli dövrünün monitorinq edilməsinin nəzəri əsasları hazırlanmış və onun əsasında Bakı şəhərinin hündür binalarının seysmodayanıqlıqlarının küy analizi əsasında işləyən paylanmış intellektual, monitorinq sistemi təklif edilmişdir. Sistem hər bir binanın texniki vəziyyətinin dəyişməsini mütəmadi monitorinq edərək, onların qəza vəziyyətlərinə keçməsinin gizli dövrü, sürüşmə prosesi, qaz sızması, qısa qapanma, yanğın, liftdə qəza və b. qəzaların başlanması barəsində monitorinq mərkəzinə uyğun siqnalların göndərilməsini təmin edir. Layihə Azərbaycan Nazirlər Kabinetinə, Fövqəladə Hallar Nazirliyinə  və İqtisadi İnkişaf Nazirliyinə təqdim edilmişdir. Sistemin yeniliyi Beynəlxalq və Avrasiya Patentləri ilə təsdiq olunmuşdur.

13. Ürək damar sistemində patoloji proseslərin yaranmalarının gizli dövrünü monitorinqini  təmin edən küy analizi və robast proqram-aparat vasitəsinin nəzəri əsasları verilmiş, bu məqsədlə mobil telefonlar tətbiq etməklə, kütləvi istifadə üçün əlverişli imkanın mümkünlüyü göstərilmişdir. İşin yeniliyi Avrasiya patenti ilə təsdiq edilmişdir və alınmış nəticələr nufuzlu jurnallarda nəşr edilmişdir.

14. Azərbaycan dilində nitqin tanınması və mətnlərin səsləndirilməsi sistemlərinin    ilk   versiyaları   yaradılmış    və    Jenevrədə   keçirilən    beynəlxalq telekommunikasiya sərgisində (ITU Telecon WORLD 2009, 5-9.10.09) nümayiş etdirilmişdir.

15. Tsiklik rejimdə işləyən nefqazçıxarma obyektlərinin texnoloji parametrlərinin mövqeli-binar analizi texnologiyasının nəzəri əsasları təklif edilmiş  və onların əsasında  vattmetroqramlar vasitəsi ilə neft quyularının dərinlik-nasos qurğularının nəzarət,  diaqnostika və idarəetmə sistemləri yaradılmışdır. Nəticələr Balaxanı nef NQÇİ-də tətbiq edilmişdir. Onun  yeniliyi avrasiya patenti ilə təsdiq olunmuşdur.

16. Dairə üzərində hərəkətdə olan hissəciklərin riyazi modelləri qurulmuşdur və hər bir ayrıca baxılan hissəcik üçün stasionar rejimdə onun binomial dolaşmaya uyğun olaraq hərəkəti isbat olunmuşdur. Alınan nəticə nəqliyyat sistemlərində tıxacın yaranma səbəblərini aşkar etməyə imkan verir. Nəticələr Rusiya Elmlər Akademiyasının "Mərüzələrində" nəşr olunmuşdur.

17. Riyazi teletrafik nəzəriyyəsinin çoxölçülü modellərinin tədqiqi üçün yeni üsullar yaradılmışdır, onların əsasında yeni texnologiya işlənmişdir və real kommunikasiya şəbəkələrində tətbiq edilmişdir. Alınmış nəticələr Şpringer nəşriyyatında monoqrafiya şəkilində çap edilmiş və Qərbin kitab mağazalarında və internetdə satışa buraxılmışdır.

18. Qeyri-səlis texnologiya əsasında Azərbaycanın həyat keyfiyyəti indeksi hesablanmışdır. Nəticələr İqtisadi İnkişaf Nazirliyi tərəfindən "Həyat keyfiyyəti indeksi" modelində əhalinin həyat səviyyəsinin təhlili zamanı istifadə edilmişdir (23 noyabr 2006-ci il tarixli 06-8/4210 №-li məktub). 

19. Çoxsaylı giriş və çıxışı olan su hövzələrində suyun səviyyəsinin təbii və antropogen xarakterli amillərin təsiri nəticəsində dəyişməsinin proqnozlaşdırılması, su sərfi dinamikasının dağ və düzənlik çaylarının təbii yataqlarının dinamik strukturunun  formalaşmasında rolunun aydınlaşdırılması və operativ tənzimləmə üsullarının işlənilməsi üçün riyazi modellər yaradılmış və uyğun qurumlara təqdim edilmişdir.

20. Dəniz neft-qaz platformalarının optimal yerləşdirilməsi, optimal  birləşdirilməsi və texniki vəziyyətlərinin monitorinq məsələsinin kompleks şəkildə modeli qurulmuş və həll üsulu işlənilmişdir. Nəticə ABŞ-da çıxan beynəlxalq jurnalda dərc olunmuşdur.

21. Azərbaycan əl xalçalarının naxışlarının tanınma və identifikasiyası üçün üsul və proqram vasitələri yaradılmış və alınan  nəticələr əsasında tarixi əhəmiyyəti olan 1600 xalının pasportu hazırlmışdır. Bu sistem Azərbaycan Xalça Muzeyində və Azərbaycan xalçalarının Dövlət reyestrinin yaradılmasında istifadə edilmişdir.

22. Regionların davamlı sosial-iqtisadi inkişafını təmin edən idarəedici qərar qəbuletməni dəstəkləyən informasiya sistemi yaradılmışdır və uyğun qurumlarda tətbiq edilmişdir.

23. Azərbaycan torpaqlarının müasir təsnifatının və bitki-torpaq-gübrə sistemində ayrı-ayrı mineral qida maddələrinin dövriyyəsinin riyazi modelləri işlənmiş. Stabil məhsul almaq üçün optimal gübrələmə rejiminin hesablanması alqoritmləri verilmişdir və onların əsasında Aqrokimya və Torpaqşunaslıq institutunda biliklər bazası yaradılmış və reqionların inkişaf proqramında istifadə olunması üçün hazır vəziyyətə gətirilmişdir. Nəticələr Kürdəmir rayonunun bir sıra təsərrüfatlarında tətbiq edilmişdir.

24. "Ölkədə iqtisadi və insan inkişafının səviyyəsini əks etdirən iqtisadi-riyazi metodika" işlənmişdir  və Dövlət Statistika Komitəsinə təhvil verilmişdir.

25. Dekompozisiya əsasında mürəkkəb texniki və texnoloji obyektlərin riyazi modelləşdirilməsi və optimallaşdırılması üsulları işlənmiş və nəticələr qaz nəqli şəbəkələrinin idarəetmə məsələlərində, neft-qaz mədənləri üçün hazırlanmış avtomatlaşdırılmış idarəetmə sistemləri çərçivəsində tətbiq olunmuşdur və Avropa Birliyinin İNTAS Beynəlxalq Assosiasiyasının (INTAS Project № 06-1000017-8909, 2007) və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (Qrant № EIF-2010-1(1)-40/11) qrantları ilə dəstəklənmişdir.

 

Təşkilatın tarixi haqqında qısa məlumat:

Azərbaycanda Kibernetika sahəsində ilk tədqiqatlar 1952-ci ildə AEA-dakı Neft ekspedisiyası nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. 1952-1953-cü illərdən bu laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft ıaylarındakı müxtəlif proseslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlənməsi məsələləri həll edilirdi.

Neft ekspedisiyasının yenidən təşkili ilə əlaqədar olaraq Laboratoriya 1956-cı ildə Elmlər Akademiyasının Fizika və Riyaziyyat, 1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və Hesablama mərkəzi adlandırılmışdır. 1959-1960-cı illərdə  Azərbaycana ilk universal rəqəmli elektron maşınları "Ural-1" ,"BESM-2" gətirildikdən sonra ədədi üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat əhəmiyyətli səciyyəvi məsələlərin həlli sahəsində fəaliyyət başlandı və tezliklə xeyli sürətləndi.

1960-cı ildə isə Hesablama Mərkəzi müstəqil təşkilat kimi təsdiq edilmişdir. 1965-ci ildə Hesablama Mərkəzinin əsasında Kibernetika İnstitutu yaradılmışdır.

1971-ci ildə İnstitutun nəzdində təsərrüfat hesablı "Avtomatlaşdırılmış İdarəetmə Sistemləri" şöbəsi (2002-ci ildə müstəqil İnformasiya Texnologiyaları İnstitutuna çevrildi) yaradılmışdır. Kibernetika İnstitutu "Respublika Avtomatlaşdırılmış İdarəetmə Sisteminin" yaradılması üzrə baş təşkilat təyin olunmuşdu. Hal-hazırda tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır: мürəkkəb dinamiki sistemlərdə optimal idarəetmənin nəzəri problemləri; stoxastik proseslərin robast texnologiyasının  təhlili və identifikasiyasının nəzəri əsasları; toplanmış və paylanmış idarəetmə sistemlərində riyazi modelləşdirmənin, optimallaşdırmanın və qərar qəbul etmənin sistemli həlli; mürəkkəb idarəetmə sistemlərinin stoxastik modelləri; informatikanın texniki vasitələri, informasiya texnologiyaları və sistemləri; respublika iqtisadiyyatının əsas istiqamətlərinin inkişafını və perspektivlərini proqnozlaşdıran riyazi-iqtisadi modellərinin işlənməsi.

Kibernetika İnstitutunda hal-hazırda 29 laboratoriya, 3 şöbə fəaliyyət göstərir. İnstitutda 320 elmi işçi çalışır, o cümlədən 2 akademik, 2 muxbir-üzvü, 10 elmlər doktoru və 55 elmlər namizədi. İnstituta akademik Telman Abbas oğlu Əliyev rəhbərlik edir.

Təşkilatın işçilərinin ümumi sayı: 370
Təşkilatın struktur bölmələri: 1 saylı laboratoriya "İdentifikаsiyа texnologiyаlаrı"

2 saylı laboratoriya "İdаrəetmənin riyаzi məsələləri"

3 saylı laboratoriya "İdаrə olunаn kütləvi xidmət sistemləri"

4 saylı laboratoriya "Teletrafik nəzəriyyzsi laboratoriyası"

5 saylı laboratoriya "Texniki obyektlərin modelləşdirilməsi"

6  saylı laboratoriya "Determenik sistemlərdə qərarqəbuletmənin  ədədi üsullаrı"

7 saylı laboratoriya "Fuzzy iqtisаdiyyаt"

8 saylı laboratoriya "Fiskаl  strateqiyasının modelləşdirilməsi"

9 saylı laboratoriya "Sosiаl-iqtisаdi proseslərin modelləşdirilməsi"

10 saylı laboratoriya "Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə"

11 saylı laboratoriya "Kənd təsərrüfatında modelləşdirmə və idarəetmə problemləri "

12 saylı laboratoriya "Ekoloji proseslərin modelləşdirilməsi"

13 saylı laboratoriya "Texniki və ekoloji sistemlərin  riyazi modelləşdirilməsi və proqnozlaşdırılması "

14 saylı laboratoriya "Diskret optimаllаşdırılmа modelləri və üsullаrı"

15 saylı laboratoriya "İntellektual sistemlər "

16 saylı laboratoriya "İnformаsiyа şəbəkələri və sistemləri"

17 saylı laboratoriya "Siqnаllаrın аnаlizi üsullаrı və  informаsiyа sistemləri"

18 saylı laboratoriya "Spektral analiz texnologiyaları "

19 saylı laboratoriya "Stoxаstik proseslərin аnаlizi texnologiyaları"

20 saylı laboratoriya "İdarəetmənin ehtimal üsulları"

21 saylı laboratoriya "Texnoloji avadanlıqların və qurğuların etibarlılığının qiymətləndirilməsi və proqnozlaşdırılması"

22 saylı laboratoriya "Tədrisdə informаsiyа texnologiyаlаrı"


23 saylı laboratoriya "İnnovasiya yönümlü informasiya texnologiyaları "

24 saylı laboratoriya İnnovasiya yönümlü informasiya sistemləri

25 saylı laboratoriya "Neft-qaz obyektlərinin informasiya ölçmə sistemləri "

Elmi-texniki informаsiyа,  pаtent tədqiqаtlаrı və marketinq şöbəsi

Elmlər doktorları