| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Qusar ş. | ![]() |
|
| Təvəllüdü: | 24.12.1950 | ||
| Təhsili: | Azərbaycan Dövlət Universiteti, riyaziyyatçı | ||
| Elmi dərəcəsi: | Fizika-riyaziyyat elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 05.13.16 - Hesablama texnikasının, riyazi modelləşdirmənin və riyazi metodların elmi tədqiqatlara tətbiqi | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 230 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 100 | ||
| Əsas elmi nailiyyətləri: |
İşlənilmiş mürəkkəb texniki və texnoloji obyektlərin optimallaşdırılması, modelləşdirilməsi və tədqiqinə dekompozisiya yanaşması elm və texnikanın müxtəlif sahələrində real məsələlərin həlli üçün istifadə olunur və bu yanaşma intelektual proqramlar səviyyəsinə çatdırılmışdır. Dekompozisiya üsulunun inkişafı şəbəkə quruluşuna malik qeyri-xətti ortimallaşdırma məsələlərini tədqiq etmək üçün fundamental nəzəriyyə və üsullar olmuşdur. Bu məsələlər böyük ölçuyə malik olması, zəif və ən mühüm məhdudiyyətlərin yakobianın ixtiyari şəkildə doldurulması ilə xarakterizə olunurlar. Onun tərəfindən qraflar nəzəriyyəsindən istifadə riyazi modelə, şəbəkə quruluşuna malik bir sıra vacib praktiki məsələlər həll edilmişdir. Toplanmış və paylanmış parametrli obyektlərin idarəetmə məsələləri, mürəkkəb dairəvi quruluşlu neftqaznəqliyyat şəbəkələrində rejim, hesablama və optimallaşdırma məsələləri bu sıradandır. Onun tərəfindən toplanmış və paylanmış parametrli sistemlərdə çoxlu texnoloyi proseslər və texniki obyektlərin ( xüsusi halda,neftqazçıxarma, xammalın boru-nəqli və s.) idarəetməsi üçün nəzərdə tutulan zona idarəedici təsirlərin sintezinin yeni qoyuluşu və yanaşması təklif olunmuşdur. Onun rəhbərliyi ilə surətlərin tanınması üzrə hazırlanmış riyazi və proqram təminatı instrumental baza kimi artıq yaradılmış Azərbaycan mətnlərinin tanınması sistemi üçün və yaradılan Azərbaycan nitqinin sintezi və onun tanınması sistemi kimi istifadə olunur. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 17 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: |
O, Türkiyədə nəşr olunan, baş redaktoru görkəmli alim Lütfi Zadə olan, "İnternational Journal of Computational İntellegence" Beynəlxalq jurnalının baş redaktorunun müavinlərindən biridir. |
||
| Pedaqoji fəaliyyəti: | 1975-ci ildə Bakı Dövlət Universitetində, 1998-ci ildən Azərbaycan Neft Akademiyasında, 1999-cu ildən Lənkəran Dövlət Universitetində dərs deyir. |
||
| İş yeri və ünvanı: | AMEA-nın Kibernetika İnstitutu, AZ1141, Azərbaycan Respublikası, Bakı ş., F.Ağayev küç., 9 | ||
| Vəzifəsi: | Şöbə müdiri | ||
| Xidməti tel.: | (994 12) 5399231 | ||
| Ev tel.: | (994 12) 4681986 | ||
| Mobil tel.: | (994 50) 3238583 | ||

