 |
Tel.: |
(994 12) 4392253 |
 |
Faks: |
(994 12) 4392826 |
 |
Email: |
cyber@cyber.ab.az |
 |
Struktur bölmənin
rəhbəri: |
Qəmbər Ağaverdi oğlu Quliyev |
 |
İşçilərin ümumi sayı: |
21 |
 |
Struktur bölmənin əsas
fəaliyyət istiqamətləri: |
Yeni informasiya texnologiyaları əsasında effektiv
informatika vasitələrinin, qurğularının və sistemlərinin yaradılması |
 |
Struktur bölmənin əsas elmi
nəticələri: |
-
Kompressor
stansiyaları və analoji obyektlərin əsas hissələri analiz
edilmiş və müəyyənləşdirilmişdir ki, belə obyektlərin texniki
vəziyyətini xarakterizə edən əsas parametrlərdən
biri vibrasiyadır. Müxtəlif aqreqatlarda yüksək vibrasiya yaradan
qovşaqlar və vibrasiya nəzarət nöqtələri araşdırılmışdır. Bəzi aqreqat
tipləri üçün müxtəlif qovşaq və sistemlərdəki nasazlıqlarda vibrasiya
siqnalları arasındakı əlaqə müəyyənləşdirilmişdir.
-
Göstərilmişdir ki, kompressor stansiyalarında yeni yaranmaqda olan
nasazlıqlar özlərini vibrasiya siqnalının tərkibindəki əngəllər (küylər)
şəklində göstərir. Mövcud vibrodiaqnostika sistemləri bu əngəlləri
qiymətləndirə bilmədiyindən və ümumiyyətlə atmağa çalışdığından bu
sistemlərdə diaqnostikanın səviyyəsi aşağı olur və geciikmiş
alınır.
-
Kompressor stansiyalarında qəzaların diaqnostikası və proqnozu
üçün robast informasiya sistemi yaradılmışdır. Texniki obyektlərdə
mikroyerdəyişmələrin vibrasiya siqnallarında yaratdığı əngəllərin
(küylərin) analizi vasitəsi ilə qəzaları aşkar etməyə imkan verən
alqoritmlər yaradılmışdır.
|