| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Tel.:

(994 12) 4390942

Faks:

(994 12) 4392826

Email:

cyber@cyber.ab.az

Struktur bölmənin rəhbəri:

Eldar Həşim oğlu Şahbazov
Texnika elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

5

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri: Neft və qaz hasilatında müasir ehtimal-statistik metodlardan istifadə etməklə avadanlıqların qalıq resurslarının qiymətləndirilməsi və proqnoz proseduralarının işlənib hazırlanması
Struktur bölmənin əsas elmi nəticələri:

1. Neft və qaz yataqları işlənməsinin qiymətləndirilməsinə, neft və qazçıxarmada əsas texniki və texnoloji parametrlərin ehtimal-statistik üsullarla emal edilməsinə baxılmış, bu məsələnin həllində istifadə edilə biləcək müasir iqtisadiyyatda işlənən üsullar təhlil olunmuşdur. Neft və qaz çixarılmasında səmərəliliyin qiymətləndirilməsi metodu işlənib hazırlanmış, Azərbaycan neftçixarma sənayesinin iqtisadi göstəricilərindən istifadə etməklə aprobasiya olunmuş və müsbət nəticələr alınmışdır. Təklif olunan metodika bu və ya digər investisiya layihəsinin reallaşdırılması prosesində diskont sərhədinin mövcudluğunu kifayət qədər ehtimalla guman etmək və onun üç komponenti: investisiya qoyuluşu prosesi, investisiyanın ödənilməsi prosesi və gəlirin əldə olmasının başlanğıcının və onun tendensiyasının fiksasiyası üzrə müşahidə etmək imkanı verən metodika təklif olunmuşdur.

2. Ilk dəfə olarag sərmayəçiyə risqdən istifadə etməklə investisiya qoyuluşu prosesinə fəal müdaxilə etmək imkanı verən, qoyulan investisiyalarının nəticələrini korreksiya etmək metodu işlənmişdir. Təklif olunan metodikanın tətbiqi aşağıdakı imkanlar yaradır: mənfəət həcmlərinə nəzarət etmək və həmçinin layihənin hər hansı bir mərhələsində ödənilmiş məsrəflərin payını proqnozlaşdırmaq, zaman kəsiyində məsrəflərin tam ödənilməsini proqnozlaşdırmaq  və məsrəflərin tam ödənilməsindən sonra layihənin hər hansı bir mərhələsində mənfəət həcmlərini proqnozlaşdırmaq

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az