|
1. Bul dəyişənli
və tamədədli proqramlaşdırma məsələlərinin müxtəlif sinifləri üçün optimal
və suboptimal həlləri tapmaga imkan verən bir neçə üsul işlənib
hazırlanmışdır.
2.Dəniz neft-qaz
yataqlarının maili quyularla istismarı zamanı platformaların optimal
yerlərinin tapılması və onların minimal xərclə birləşdirilməsi məsələsinin
həlli üçün alqoritmlər və proqram kompleksi yaradılmışdır.
3. Xətti və
qeyri-xətti tamədədli tənliklər sisteminin bir ekvivalent tənliyə gətirmə
(aqreqasiya) üsulları işlənmişdir. Müxtəlif sinif tamədədli
proqramlaşdırma məsələlərinin optimal həllini saxlayan nisbətən kiçik
oblastın tapılması üçün asan yerinə yetirilə bilən üsullar verilmişdir.
4. Dünyada ilk dəfə olaraq tamədədli
tənliyi ona ekvivalent olan sadə tənliklər sisteminə gətirmək üsulu
(dezaqreqasiya) təklif olunmuşdur.
Bu məsələ
ABŞ riyaziyyatçıları tərəfindən 1972-ci
ildə qoyulmuş və 30 ildən artıq müddətdə həll olunmamış qalırdı. |