az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifə Strukturİnstitut və təşkilatlar Kibernetika İnstitutu13 saylı laboratoriya "Mürəkkəb dinаmik sistemlərdə idаrəetmə"

Tel.:

(994 12) 5109372

Faks:

(994 12) 5392826

Email:

mansimov@front.ru

Struktur bölmənin rəhbəri:

Kаmil Bаyrаməli oğlu Mənsimov
Fizika-riyaziyyat elmləri doktoru, professor

İşçilərin ümumi sayı:

8

Struktur bölmənin əsas fəaliyyət istiqamətləri:

Mürəkkəb dinamik sistemlərdə optimal idarəetmə məsələlərinin keyfiyyət nəzəriyyəsinin işlənməsi.

Struktur bölmənin əsas elmi nəticələri:

1. Bəzi kimya-texnoloji proseslərin optimallaşdırılması zamanı meydana çıxan paylanmış parametrli sərhəd idarə məsələsi tədqiq edilmişdir. Optimallıq üçün müxtəlif zəruri və kafi şərtlər alınmışdır.

2. Tipik olmayan keyfiyyət meyarlı diskret və kəsilməz optimal idarə məsələlərində optimallıq üçün zəruri şərtlər tapılmışdır. Toplanmış və paylanmış parametrli bəzi sinif pilləvari optimal idarə məsələləri öyrənilmişdir. Məxsusi idarələrin optimallığı üçün zəruri şərtlər alınmışdır. Krotov tipli optimallıq üçün kafi şərt alınmışdır.