| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Şamaxı ş. |
![]() |
|
| Təvəllüdü: | 29.03.1929 | ||
| Təhsili: | M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutu, kimyaçı-texnoloq mühəndisi | ||
| Elmi dərəcəsi: | Texnika elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor, AMEA-nın müxbir üzvü | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, neftkimyası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 350 elmi əsər, 9 kitab | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 110 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 53 | ||
| Əsas elmi nailiyyətləri: |
Azərbaycanın yeni yataqlarından çıxarılan neftlərin tərkib və xassələrinin öyrənilməsi, onların səmərəli emalı haqqında tövsiyyələrin verilməsi, onlardan yüksək keyfiyyətli baza yağlarının alınmasını təmin edən texnologiyaların işlənib hazırlanması və bu tədqiqatların bir hissəsinin istehsalata tətbiq edilməsi. Ekoloji zərərsiz baza yağlarının alınması üçün az enerji sərfi ilə başa gələn yeni texnoloji proseslərin yaradılması və patentləşdirilməsi. Azərbaycan neftlərinin yüksək molekullu heteroatomlu birləşmələrinin, o cümlədən mikroelementlərin öyrənilməsi və bu məqsədlə yeni tədqiq üsullarının yaradılması. Azərbaycan neftlərinin fiziki-kimyəvi xassələrini əks etdirən məlumat bankının yaradılması və s. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 12 | ||
| elmlər doktorların sayı: | 3 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: | Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü | ||
|
Elmi-təşkilatı fəaliyyəti:
|
SSRİ Neft Kimya Sənayesi Nazirliyinin Dövlət Elm və Texnika Komitəsinin Əlaqələndirici Şurasının üzvü (1991), AEA-nın Aşqarlar Kimyası İnstitutunun Dissertasiya Şurasının üzvü (1977-1992), NKPİ nəzdində 02.00.13 "Neft kimyası" və 05.17.07 "Yanacaq və qazın kimyəvi texnologiyası" ixtisasları üzrə D.01.031 Dissertasiyaların müdafiəsi üzrə Şurasının sədri (1994-1996) və üzvü (1977-ci ildən bu günə kimi), NKPİ-nin Elmi Şurasının üzvü, "Azərbaycan Neft Təsərrüfatı", "Neft kimyası və neft emalı prosesləri" jurnallarının redaksiya heyətinin üzvü, 2005-ci ildə ARDNŞ-nin fəxri fərmanı ilə təltif olunub. |
||
|
|
Təltif və mükafatlar: |
"Əməkdar elm xadimi" fəxri adı - 1991; "Rəşadətli əməyə görə" medal - 1970; "Əməkdə fərqlənməyə görə" medal - 1980; Akad. Y.H.Məmmədəliyev adına medal - 1996; Azərbaycan Respublikasının "Şöhrət ordeni" - 2004; Ümumdünya Ədlimülkiyyət Təşkilatının (ƏMT) mükafatı - 2005. |
|
| Pedaqoji fəaliyyəti: |
M.Əzizibəyov adına ASI-da assisent, dosent (1956-1960-ci illər), professor (1988-ci il); SSRI Neft-Kimya Nazirliyinin rəhbər işçilərinin təkmilləşdirmə institutunun Bakı filialında müəllim (1970-1977-ci illər) |
||
| İş yeri və ünvanı: | AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-kimya prosesləri institutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 |
||
| Vəzifəsi: | Laboratoriya müdiri | ||
| Xidməti tel.: | (994 12) 4901309 | ||
| Ev tel.: | (994 12) 4903861 | ||
| Faks: | (994 12) 4903520 | ||
| Elektron poçtu: | anipcp@elm.az | ||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011