| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Ordubad şəhəri
Təvəllüdü: 09.05.1933
Təhsili: M.Əzizbəyov adına Azərbaycan Sənaye institutu, Neft və qaz texnologiyası
Elmi dərəcəsi: Texnika elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 05.17.08 - Kimya texnologiyasının prosesləri və aparatları
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, kimya texnologiyasının proses və aparatları və ağır (əsas) üzvi sintez
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 95
Xaricdə çıxmış elmi əsərlərin sayı: 58
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 19
Əsas elmi nailiyyətləri:

Çoxfazalı sistemlərdə kinetik, hidrodinamik, istilik və maddələr mübadiləsi proseslərinin riyazi modellərinin tərtib olunması. Tozvari maddələrin dənəvərləşdirilməsi, polimer örtüklə kapsullaşdırılması, qurudulması, kapsul əmələgətirən təbii polimerlərin törəmələrinin müxtəlif xammallardan alınması proseslərinin yeni üsullarının yaradılması və riyazi modellərinin qurulması və istehsalata tətbiq olunması.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 7
Əsas elmi əsərlərin adları:
  1. Основные пути интенсификации процессов гранулирования суперфосфатов (монография).  Баку. Елм, 1985, 85 с.

  2. Особенности гидродинамики слоя и тепломассообмена при сушке материалов в псевдосжиженном состоянии (статья). Теор. основы хим. техн., 1976, т.10, №4, С.633-635.

  3. Закономерности и математическое описание процессов тепломассообмена в трубе-сушилке с секциями (статья). Хим. Пром-ть, 1987, №12, с.740-743.

  4. Theoretical aspects of the technology in synthesis of sodium carboxymethyl celulose from barious raw materials -Iranian polmer journal, 2001, №2, 91-98.

  5. Математическое описание взаимосвязи параметров процесса капсулирования суперфосфатов натрий-карбоксиметилцеллюлозой (статья). Хим. Пром-сть, 1997, №11, с. 772-775.

Təltif və mükafatlar:

SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin Gümüş medalı - 1981;
"SSRİ İxtiraçısı" döş nişanı - 1983;
SSRİ Kimya Sənayesi Nazirliyinin və Həmkarlar İttifaqının MK-nın Fəxri Fərmanı - 1967;
AMEA-nın "Əmək Veteranı" döş nişanı - 1988.

Pedaqoji fəaliyyəti: Sumqayıt Dövlət Universitetinin professoru
İş yeri və ünvanı:

AMEA-nın Polimer Materialları İnstitutu,  AZ1204, Azərbaycan Respublikası, Sumqayıt şəhəri, S.Vurğun küçəsi 124.

Vəzifəsi: Laboratoriya müdiri
Xidməti tel.: 8(164) 40482
Ev tel.: 8(164) 53456
Faks: 8(164) 20400
Elektron poçtu: ipoma@elm.az

 

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az