| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Füzuli rayonu
Təvəllüdü: 26.06.1939
Təhsili: Azərbaycan Dövlət Universiteti, iqtisadçı
Elmi dərəcəsi: İqtisad elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

08.00.05 - Xalq təsərrüfatı və onun sahələrinin iqtisadiyyatı, planlaşdırılması və idarə olunmasının təşkili; 08.00.04 - Məhsuldar qüvvələrin yerləşdirilməsi, rayonların iqtisadiyyatı

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, iqtisadiyyat
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 96
Xaricdə çıxmış elmi əsərlərin sayı: 1
Əsas elmi nailiyyətləri:

Onun əsərlərində Respublikada ilk dəfə olaraq məhsuldar qüvvələrin yerləşməsinin sosial-iqtisadi problemləri kompleks halda tədqiq olunmuşdur; iqtisadi rayonlaşdırma, inzibati-ərazi bölgüsü və yerli özünü idarə orqanlarının qarşılıqlı əlaqə və sistem halında təkmilləşməsi konsepsiyası işlənib hazırlanmış və Azərbaycan şəraitinə tətbiq edilmişdir; Naxçıvan MR xalq təsərrüfatının ayrı-ayrı sahələrinin perspektiv inkişaf istiqamətləri tədqiq olunmuş, alınmış nəticələr 70-ci illərdə və 80-cı illərin birinci yarısında X-XI beşillik planların tərtibində istifadə olunmuşdur; Azərbaycan iqtisadiyyatının böhrandan çıxması və regional inkişafın prinsipial məsələləri, habelə regional inkişafın dövlət tənzimlənməsinin nəzəri-metodoloji əsasları işlənib hazırlanmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 5
Əsas elmi əsərlərin adları:
  1. Məhsuldar qüvvələrin Respublika daxilində yerləşməsinin sosial-iqtisadi problemləri. Bakı, "Elm", 1982

  2. Azərbaycan Respublikasının iqtisadi və inzibati  ərazi quruluşunun kompleks təkmilləşdirilməsi. Bakı, "Elm", 1991

  3. Azərbaycan iqtisadiyyatının böhrandan çıxması və inkişafının prinsipial məsələləri. Bakı, "Azərb.N A", 1992

  4. Anamın həyat fəlsəfəsi. Bakı, "Sabah", 1997

  5. Naxçıvan iqtisadiyyatı XX əsrdə. Bakı, "Elm", 2000 (şərikli)

Təltif və mükafatlar:

Az.SSR EA-nın "Fəxri fərmanı" - 1977;
"Ustad" Ali Jurnalistika mükafatı - 2000.

Pedaqoji fəaliyyəti:

1965-ci ildən Azərbaycanın ali məktəblərində dərs deyir. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professorudur.

İş yeri və ünvanı: AMEA-nın İqtisadiyyat institutu,  AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr. 31
Vəzifəsi: Şöbə müdiri
Xidməti tel.: (994 12) 4393152
Ev tel.: (994 12) 463812
Mobil tel.: (994 50) 3399609

 

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az