| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş., II Zabrat qəsəbəsi
Təvəllüdü: 05.01.1924
Təhsili:

Bakı Dövlət Universiteti, şərqşünas tarixçi

Elmi dərəcəsi: Tarix elmləri doktoru
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.02 -  Vətən tarixi
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, tarix
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 6 monoqrafiya, 201 elmi məqalə
Xaricdə çıxmış elmi əsərlərin sayı: 41
Əsas elmi nailiyyətləri:

50 ildən artıqdır ki, Azərbaycanın tarixi ərazisində memarlıq tikililəri, məzar daşları, metal əşyalar üzərindəki müxtəlif ərəb qrafikasında yazılmış ərəb-fars-türk dilli kitabələri tarixi mənbə kimi təqdim etmişdir. Kitabələr Azərbaycanın iqtisadi-siyasi, mədəni-ideoloji memarlıq, bədii daşyonma sənəti, toponimiyaya, Azərbaycan xalqının təşəkkülü, filologiya və b. problemlərə dair ən dəqiq, orijinal, bəzən hətta yeganə məlumat verən mənbələrdir. İpək yolu üzərində mövcud olan memarlıq abidələrinin əsasını qoymuş memar Əli Məcdəddinin (XIII-XIV) adını, Bakı-Abşeron üzrə 105, Şəki-Zaqatala bölgəsi üzrə 147 memar, bənna, xəttat, həkkak, nəqqaşın adlarını memarlıq və incəsənət tarixinə əlavə etmişdir. Azərbaycanın tarixi ərazisindəki epiqrafik abidələrə əsasən bizə torpaq iddiasında olan bədnam qonşularımıza kəskin cavab vermək üçün, Azərbaycanın ərazi bütövlüyünü sübut edən ən dəqiq dəlillər irəli sürmüşdür. Kitabələrə əsasən Azərbaycanda ruhanilərin ölkənin sosial-siyasi, iqtisadi, mədəni ideoloji həyatında mühüm rol oynamaları və Azərbaycanın İslam ölkələri ilə əlaqələrini göstərmişdir. Azərbaycanda fəaliyyət göstərmiş Qələndəriyyə, Qədiriyyə, Bektaşşiyə onun qolu olan "Baba-Samit", Xəlvətiyyə, Nəqşbəndiyyə, qolu "ələviyyə" kimi sufi cəmiyyətlərinin fəaliyyətini açıqlamışdır.

Urud abidələri, Alban tayfalarının türkləşməsi, islamı qəbul etməsi və Azərbaycan xalqının təşəkkülündə iştirakını və Zəngəzurun Azərbaycan torpağı olmasını sübut etmişdir. İlisu Came məscidinin və İlisu sultanlarının məzar daşlarındakı kitabələrə əsasən onların İlisen Katexiya mauravlarının davamçısı olduğunun iddiasında olan tarixçilərə sübut etmişdir ki, İlisu sultanları Qafqazın istilasından sonra xilafət tərəfindən Suriyadan Dağıstan və Zaqafqaziyaya köçürülmüş və xan kimi vəzifəyə təyin olunmuş Şamil ərəblərinin nəslindəndirlər. İrəvan, Zəngəzur, Mehri, Çuxur-Səd kitabələri azərbaycanlıların həmin ərazinin köklü əhalisi olduğunu sübut edir. Borçalıda Brolnisidə apardığı tədqiqatlar zamanı azərbaycanlılara məxsus bir sıra kitabələr tədqiq olunmuşdur ki, bu da azərbaycanlıların dədə-babadan bu torpaqların sahibi olduqlarını sübut edir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 3
elmlər doktorlarının sayı: 2
Əsas elmi əsərlərin adları:
  1. XIV-XVI əsr Şirvan tarixinin öyrənilməsinə dair. (Epiqrafik abidələr əsasında) Bakı, "Elm", 1959.

  2. Azərbaycanın epiqrafik abidələri. (XVII-XVIII  əsrlər) Bakı, "Elm", 1963.

  3. Azərbaycanın xatirə abidələri XII-XIX əsrlər. Bakı, "Elm", 1981 (rus dilində)

  4. Azərbaycanda pirlər. (sosial-ideoloji mərkəzlər). Bakı, "Azərnəşr", 1991.

  5. Azərbaycanın epiqrafik abidələri toplusu. I cild - Bakı - Abşeronun ərəb-fars-türk dilli kitabələri (XI-XX əv). Bakı, "Elm", 1991 (rus dilində), 

  6. II cild -Şəki-Zaqatala bölgəsinin ərəb-fars-türk dilli kitabələri. (XIV-XX əv.). Yeni nəşrlər evi, 2001. 

  7. III cild - Naxçıvan MR-nın ərəb- fars-türk dilli kitabələri (XII-XX əv.). Yeni nəşrlər evi, 2001.

Pedaqoji fəaliyyəti:

1969-1977

Bakı Dövlət Universitetində Tarix fakültəsinin müəllimi

2004-h/h

Bakı Dövlət Universitetində Tarix fakültəsinin professoru

İş yeri və ünvanı:

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H. Cavid pr., 31

Vəzifəsi: Sektor rəhbəri
Xidməti tel.: (994 12) 4393649
Ev tel.: (994 12) 4690534

(994 12) 4506535

Faks: (994 12) 4393991
Elektron poçtu: parvin@arch.ab.az

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az