az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan respublikası, Quba rayonu, II Nügədi kəndi
Təvəllüdü: 20.04.1945
Təhsili: S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.09 - Folklorşünaslıq
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350
Xaricdə çıxmış elmi əsərlərin sayı: 25
Əsas elmi nailiyyətləri:

Toplama və tədqiqat materialları ilə Azərbaycan folklorunun janr tərkibini dürüstləşdirmiş, 30-dan artıq yeni janrı açıqlayıb tədqiqatlara cəlb etmiş, mərasim folkloru, xalq oyunları və meydan tamaşaları, kiçik janrlar, Azərbaycan qəhrəmanlıq eposu və s. barədə yazdığı fundamental əsərlərlə mərasimşünaslığa və eposşünaslığa bir sıra dəyərli yeniliklər gətirmişdir.

Azərbaycan-özbək, Azərbaycan-türkmən folklorunun tipologiyası və qarşılıqlı əlaqə məsələlərini dünya folkloru kontekstində araşdırmağa nail olmuşdur. Müəllif eyni zamanda Azərbaycan folklorunu rus, türk və başqa xarici dillərdə çap etdirdiyi toplular vasitəsilə dünyaya tanıtmaq sahəsində mühüm işlər görmüşdür.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 25
elmlər doktorlarının sayı: 3
Əsas elmi əsərlərin adları:
  1. Взаимосвязь азербайджанского и узбекского фольклора. Баку, 1986 г, (на рус.языке), 12 п. л.

  2. Жанры азербайджанского фольклора (на азерб. языке). Баку, 1983 г., 8 п. л

  3. Azərbaycanda  Novruz. Ankara, 1995 (türk dilində), 20 ç. v.

  4. Азербайджанский героический эпос. (на рус. языке) с автором. Баку, 1996, 20 п. л.

  5. Azərbaycan xalq ədəbiyyatı. (Azərb. dilində) I kitab. ali məktəblər üçün dərslik. Bakı, 2001, 40 ç.v.

  6. Azərbaycan xalq ədəbiyyatı. II hissə. Ali məktəblər üçün dərslik. Bakı, «Nurlan», 2006, 685 s.

  7. Azərbaycan-özbək folklor əlaqələri. Bakı, «Yazıçı», 1978, 134 s.

  8. Azerbaycan türk edebiyyatı. Başlanğıcdan günümüze kadar Türkiye dışındakı türk edebiyyatları antolojisi. (türk dilində) I cilt., İstanbul, 1992, 430 s. (türk dilində).

  9. İlahır çarşambalar (türk dilində). Ankara-Kızılay, 1992, 84 s.

     10. Oxşar dəyərlərin gen qaynağı – Geneoloji nəzəriyyə. Bakı, «Elm və Təhsil», 2009, 97 s., 6 ç.v.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: 1997-ci ildən Beynəlxalq EKO Energetika Akademiyasının həqiqi üzvi
Təltif və mükafatlar:

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Pedaqoji fəaliyyəti: 1976-cı ildən Bakı Dövlət Universitetinin müəllimi, dosenti, hazırda professoru
İş yeri və ünvanı: Bakı Dövlət Universiteti, AZ1130, Azərbaycan Respublikası, Bakı ş., Z.Xəlilov küç., 23
Vəzifəsi: Folklor kafedrasının müdiri
Xidməti tel.: (994 12) 5387390
Ev tel.: (994 12) 4481661
Mobil tel.: (994 50) 5357212
Elektron poçtu: azadnabi@mail.ru