| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 14.11.1946
Təhsili: Bakı Dövlət Universiteti
Elmi dərəcəsi: Fəlsəfə elmləri doktoru
Elmi rütbəsi:  Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: Sosial fəlsəfə
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, fəlsəfə
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 100-dən artıq
Xaricdə çıxmış elmi əsərlərin sayı: 20-dən artıq
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2
Əsas elmi nailiyyətləri:

S.Y.Məmmədəliyeva müasir elmdə inteqratif  proseslərin fəlsəfi baxımdan dərk edilməsi sahəsində əhəmiyyətli iş görərək tarixi-fəlsəfi və elmi tədqiqatlar əsasında elmi biliyin müxtəlif sahələri arasında getdikcə artan əlaqəni aşkara çıxarmışdır. Ekoloji elmin statusunu açmaqla S.Y.Məmmədəliyeva müasir elmi aksiologiya tərəfə çəkən biliyin inkişafında müasir ekologiyanın ictimai tənzimləyici  amil olduğunu göstərir. Elmi tədqiqatların istiqamətlərindən biri ekoloji mədəniyyət və etika problemidir. Son illər S.Y.Məmmədəliyeva mədəniyyət siyasəti üzrə milli və beynəlxalq elmi proqramlar üzərində iş aparır. Onun iştirakı ilə mədəni tədqiqatlar üzrə Bonn Müqayisəli Tədqiqat İnstitutu və  Avropa Şurası ilə birgə "Azərbaycanda mədəniyyət siyasəti: əsas fakt və təmayüllərin xülasəsi" elmi layihəsi hazırlanmışdır ki, bu layihə internet səhifəsində yerləşdirilmişdir. S.Y.Məmmədəliyeva Avropa Şurasının "Steyc" və "Müqayisənin mədəniyyət vasitəsində aradan qaldırılması" regional elmi layihələrinin koordinatorudur. YUNESKO-nun "Mədəni çeşidlilik" və "Dünyanın yaddaşı" elmi proqramları üzərində iş aparır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 2
Əsas elmi əsərlərin adları:
  1. Kimya və ekologiyanın fəlsəfi-metodoloji nöqteyi nəzərdə qarşılıqlı təsiri.
  2. Ekoloji problem və onun həlli yolları.
  3. Ekologiya və texnika.
  4. Mədəniyyət, təhsil, ekologiya.
  5. Azərbaycan Respublikasında  mədəniyyət siyasəti (əsas faktlar və təmayüllər)
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki.
  2. Rusiya Ekologiya Akademiyasının əcnəbi üzvü.
  3. NOOSFERA Beynəlxalq Akademiyasının akademiki.
  4. Avropa Şurası Mədəni Komitəsinin və Mədəni Əməkdaşlıq Komitəsinin üzvü.
Pedaqoji fəaliyyəti: 1983-1994-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində dosent, 1994-1999-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində professor, 1999-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetində kafedra müdiri 
İş yeri və ünvanı: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası, Bakı ş., Hökümət evi, Azadlıq meydanı
Vəzifəsi: Azərbaycan Respublikası Mədəniyyət Nazirinin müavini
Xidməti tel.: (994 12) 4933463
Ev tel.: (994 12) 4927676
Faks: (994 12)  4935605
Elektron poçtu: moc@mednet.az

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az