az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı ş.
Təvəllüdü: 21.09.1942
Təhsili: Azərbaycan Dövlət Universiteti, kimyaçı
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.13 - Neft kimyası
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 138
Xaricdə çıxmış elmi əsərlərin sayı: 51
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 30, 1 patent
Əsas elmi nailiyyətləri:

Tərkibində müxtəlif heteroatomlar (fosfor, kükürd, azot, oksigen) saxlayan, xüsusən ditiofosfat və ditiofosfonat tərkibli, kompleksonatların sintez üsulları işlənib-hazırlanmışdır və onların əsasında müxtəlif metalların kompleksləri sintez edilmiş, onların kimyəvi və stereokimyəvi quruluşları müəyyən edilmişdir. Bu kompleks birləşmələr əsasında polimer materiallarına, motor yağlarına və yanacaqlarına yüksək effektivli yeni növ polifuksional kimyəvi əlaqələr yaradılmışdır. Dəyişən valentli metalların ditiofosfatları və ditiofosfonatları ilə alüminium üzvi birləşmələr əsasında indiyə qədər məlum olmayan dien və olefin  karbohidrogenlərinin oliqomerləşmə, sooliqomerləşmə və polimerləşmə prosesləri üçün, eyni zamanda son məhsullların  stabilləşdirilməsi üçün  bifunksional katalizator-stabilizatorlar sistemləri yaradılmışdır. Bu metal kompleks birləşmələrin və katalizator-stabilizator sistemlərinin bəziləri sənayedə tətbiq edilmiş və yaxud tətbiq edilməsi üçün tövsiyə olunmuşdur.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 6
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Н.Ф.Джанибеков, Е.И.Маркова, М.Х.Мамедов. Структурные особенности комплексов металлов переменной валентности с органическими дитиофосфорными кислотами. //Журнал Коор. Химии, 1996, т.22, №1

  2. N.F.Janibekov, Y.I.Markova, S.R.Rafieva. Reactions of Steriacally Hindered Phenols with P2S5 //. Russ. Chem. Bull, 1998, vol. 47, №7

  3. А.Г.Азизов, Н.Ф.Джанибеков, В.С.Алиев и др. Патент России 2030210./Бифункциональный катализатор

  4. Н.Ф.Джанибеков, В.М.Фарзалиев, С.Р.Рафиева. Механизм ингибирующего действия 0,0-ди- (3.5-дитретюбутил- 4-гидроксифенил) дитиофосфатов никеля и кобальта в процессе окисления кумола. //Азерб. хим. журнал, 2000, №1

  5. N.F.Janibekov, M.X.Mamedov, Y.I.Markova, Development of Metal-containiny Dithiosystems - Stabilizers of Polyolefins and Components of Bifunctional Catalysts - stabilizers. World Forum on Polymer Application and Theory. POLYCHAR -  2002, Janyary, 2002, Dunton, Texas, USA.

Elmi-təşkilati fəaliyyəti:

NKPİ-nin nəzdində 02.00.13 - Neft kimyası, 05.17.07 - Yanacaq və qazın kimya texnologiyası ixtisasları üzrə D. 01.031 Dissertasiya  Şurasının üzvü,  NKPİ-nin Elmi Şurasının üzvü

Təltif və mükafatlar: SSRİ-nin "Fəxri ixtiraçı" döş nişanı;
Dövlət orqanlarının və AMEA-nın Fəxri fərmanları
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi kimya İnstitutunun nəzdində doktorluq  dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış şuranın üzvü

Pedaqoji fəaliyyəti:

Azərbaycan  Dövlət Neft Akademiyası, "Üzvi maddələrin texnologiyası və ekoloji problemləri" kafedrasının professoru

İş yeri və ünvanı: AMEA-nın Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30
Vəzifəsi: Laboratoriya müdiri
Xidməti tel.: (994 12) 4902280
Ev tel.: (994 12) 4958493
Mobil tel.: (994 506852163
Faks: (994 12) 4903520
Email: anipcp@dcacs.ab.az