| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt

Ana səhifəStrukturAMEA-nın müxbir üzvləriHüseynova İradə Məmməd qızı

 

Anadan olduğu yer:

Ordubad şəhəri

Təvəllüdü:

24.05.1965

Təhsili:

Azərbaycan Dövlət Universiteti, kimya fakültəsi

Elmi dərəcəsi:

Biologiya elmləri doktoru

Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı:

03.00.04 – Biokimya

Müxbir üzv seçildiyi tarix və ixtisasın adı:

2007, Biokimya, bioinformatika

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:

130 məqalə və tezis, 2 monoqrafiya, 1 metodik göstəriş

Xaricdə çıxmış elmi əsərlərin sayı: 80
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:  
Əsas elmi nailiyyətləri:

İ.M.Hüseynovanın apardığı elmi-tədqiqat işləri, əsasən, ali bitkilərin fotosintetik membranının struktur-funksional komponentlərinin sintezi, yığılması və formalaşması proseslərinin molekulyar-genetik mexanizmlərinin öyrənilməsinə, müxtəlif abiotik stres amillərin bu proseslərə təsirinin tədqiqinə həsr olunmuşdur.   Aparılan tədqiqatlar nətijəsində nəzəri və praktiki əhəmiyyət kəsb edən bir sıra mühüm elmi nəticələr alınmışdır.

  1. Nüvədə və xloroplastda transkripsiya və translyasiya proseslərini tormozlayan spesifik ingibitorlarla aparılan təjrübələrdə aşkar olunmuşdur ki, nüvə genomunun translyasiya aktivliyi fotosistem 1 və fotosistem 2 komplekslərinin formalaşması üçün zəruridir. Fotosistemlərin reaksiya mərkəzlərinin polipeptidlərinin sintezinin tormozlanması zamanı işıqtoplayan kompleksin və onun apozülallarının formalaşması stimullaşır. Belə nətijəyə gəlinmişdir ki, buğda xloroplastlarının fotosintetik membranında fotosistem 1 və 2-nin və işıqtoplayan kompleksin formalaşmasının tənzimlənməsi, əsasən, posttranskripsiya səviyyəsində baş verir və bu zaman nüvənin və xloroplastın genom və zülalsintezediji sistemlərinin kooperasiyası müşahidə olunur.

  2. Müxtəlif işıq reciimndə aparılan təjrübələr nətijəsində müəyyən olunmuşdur ki, fasiləli işıqda yetişdirilən jüjərtilərdə işıqtoplayan kompleksin apozülalları (30-18 kDa) monomer formada toplanır və fasiləsiz işıqa sonrakı keçirdikdə bu formalar aqreqasiya olunaraq yüksək təşkil olunmuş oliqomer formalara çevrilirlər.

  3. İlk dəfə olaraq, buğda bitkisində ELİP adlanan işıqla ilkin induksiya olunan zülallar müşahidə olunmuş və onların karotinoid birləşdirən zülallar olması sübut edildmişdir.

  4. Müəyyən olunmuşdur ki, karotinoidlər fotosintetik membranın xlorofil-zülal komplekslərinin formalaşması və təşkilində struktur və stabilləşdirici rol oynayırlar.

  5. Aşkar olunmuşdur ki, karotinoidlərin biosintezini tormozlayan norflurazon herbisidinin təsirindən nüvə mənşəli işıqtoplayan kompleksin 29,5-21 kDa polipeptidlərinin miqdarı əhəmiyyətli dərəcədə azalır və onların bəzi nativ formaları (668, 676 nm) tamamilə yox olur və Xl b-nin 648 nm formasının intensivliyi kəskin azalır.  Sübut olunmuşdur ki, fotosintetik membranın nüvə mənşəli genlərinin ekspressiyası üçün plastid faktoru adlanan və xloroplastdan nüvəyə yönələn pozitiv siqnalın olması zəruridir və bu siqnal xloroplastların fotooksidləşməsi zamanı kəsilir.

  6. Belə nəticəyə gəlinmişdir ki, buğda yarpaqlarında piqment-zülal komplekslərinin formalaşması və fəaliyyəti zamanı nüvə və xloroplastın genetik və zülalsintezediji sistemləri arasında ələqə vardır və bu əlaqə ikitərəfli olub, çox mürəkkəb bir mexanizm ilə təmin olunur.

  7.  Buğdanın müxtəlif genotiplərində fotosintetik aparatın quraqlıq və duz stresinə qarşı davamlılığının müdafiə-adaptasiya proseslərinin molekulyar əsasları aşkar olunmuş və tolerant sortların seleksiyası üçün marker əlamətlər müəyyən olunmuşdur.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı:
elmlər doktorlarının sayı:
Əsas elmi əsərlərin adları:

1.      Aliev J.A., Suleimanov S.Yu., Guseinova I.M., Ismailov M.A., Asadov A.A.  Effect of specific translation inhibitors on polypeptide composition and spectral characteristics of wheat thylakoid membranes. Photosynthetica, 1993, V. 29: 361-367.

2.      Guseinova I.M., Suleimanov S.Yu., Zulfugarov I.S., Aliev J.A. Assembly of the light-harvesting complexes during plastid development. Journal of Fluorescence, 2000, v.10, No.3, p.255-259.

3.      Guseinova I.M., Suleimanov S.Yu., Aliev J.A. Regulation of chlorophyll-protein complex formation and assembly in wheat thylakoid membrane. Journal of Biochemistry and Molecular Biology, 2001, v. 34, No 6, p. 496-501.

4.      Guseinova I.M., Suleimanov S.Y., Aliyev J.A. The effect of noflurazon on protein composition and chlorophyll organization in pigment-protein complex of photosystem II. Photosynthesis Research, 2005, v.84, No 1-3, p.71-76.

5.      Huseynova I.M., Suleymanov S.Y., Aliyev J.A.   Structural-functional state of thylakoid membranes of wheat genotypes under water stress.  Biochimica et Biophysica Acta (BBA), 2007, v.1767, issue 6, p.869-875.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Fotosintez Tədqiqatları üzrə Beynəlxalq Cəmiyyətin üzvü (2008);
Avropa Bitki Fizioloqlarıı Cəmiyyətinin üzvü (2008);
Təltif və mükafatlar:

AMEA-nın «Fəxri fərman»ı (2006)

Pedaqoji fəaliyyəti:

BDU-da "Fizika və molekulyar biologiya" kafedrasının professoru

İş yeri və ünvanı: AMEA Botanika İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Patamdar şossesi, 40
Vəzifəsi: Baş elmi işçi
Xidməti tel.: (994 12) 4381164
Faks: (994 12) 5102433
Mobil: (050) 3541606
Elektron poçtu: huseynova-i@botany-az.org

 

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az