| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Şuşa şəhəri
Təvəllüdü: 09.09.1924
Təhsili: Azərbaycan Dövlət Universiteti, fizika
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.03.02 - Astrofizika və radioastronomiya
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, astrofizika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 80
Xaricdə çıxmış elmi əsərlərin sayı: 25
Əsas elmi nailiyyətləri:

Elmi ədəbiyyatda qeyd edildiyi kimi, ilk dəfə: 1 - Günəş alışmaları və radiopüskürmələrinin geniş diapazonda şüalanmasında məhəlli maqnit sahəsində relyativist elektronların əhəmiyyətli rol oynadığına aid hipotez irəli sürmüşdür. Eruptiv ulduzlarda da relyativist elektronların analoji rol oynadığını nəzərə alsaq, bu hipotezin geniş imkanlara malik olduğunu görürük.

2 - Qaz dinamikası çərçivəsində yüksək temperaturlu hidrogen plazmasında güclü partlayış nəzəriyyəsinin günəş alışmalarının başlanğıc fazasına tətbiqi göstərmişdir ki, bu ifrat qeyri-stasionar törəmələr incə quruluşlu olmalıdır. Bu nəzəriyyənin tətbiq dairəsi çox genişdir. Planetar dumanlıqlara qədər məsafənin və onların nüvələrinin radiusunun yeni təyini üsulları işlənmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 3
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Günəşin radioşüalanma qabiliyyətinin nəzəri interpretasiyası (rus dilində)

  2. Güclü nöqtəvi partlayış məsələsinin Günəş alışmalarına tətbiqinin mümkünlüyü (rus dilində)

  3. Günəş tacında sıxılma müddətində Aller qarışığının şüalanması effekti və tac törəmələrinin generasiyası (ingilis dilində)

  4. Güclü nöqtəvi partlayış nəzəriyyəsinin xromosferalışmalarının ilk fazasına tətbiqindən alınan nəticələr (ingilis dilində)

  5. Günəş alışmalarında dinamik proseslər (monoqrafiya- rus dilində)

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Beynəlxalq Astronomiya İttifaqının üzvü,  Avropa

Astronomiya Cəmiyyətinin üzvü

Təltif və mükafatlar:

Azərbaycan Respublikasının "Əməkdar müəllimi" - 2003;

Pedaqoji fəaliyyəti:

1951- 1961-ci illərdə, sonralar vaxtaşırı, 1975-ci ildən indiyədək Azərbaycan (Bakı) Dövlət Universitetində müəllim-professor

İş yeri və ünvanı: Bakı Dövlət  Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Z. Xəlilov küç., 23
Vəzifəsi: Professor
Xidməti tel.: (994 12) 4380446
Ev tel.: (994 12) 4382229

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az