| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Şəki şəhəri
Təvəllüdü: 19.07.1950
Təhsili: Azərbaycan Dövlət Universiteti, fizika fakültəsi
Elmi dərəcəsi: Geologiya-mineralogiya elmləri doktoru
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 25.00.10 – Geofizika, faydalı qazıntıların geofiziki axtarış üsulları
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, geofizika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 77 elmi əsər, o cümlədən 4 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 40
Əsas elmi nailiyyətləri:

Əsas elmi istiqaməti –qravimetriya, GPS ölçüləri və geodinamika sahələrinə aiddir.

Regional seysmik profillər boyu litosfer quruluşunun 2D qravitasiya modelləri hazırlanıb və Ağcabədi, Biləsuvar, Carlı, Padar mantiya –litosfer cisimlərinin varlığı aşkar edilib. Qafqaz-Xəzər regionunun litosfer quruluşunun 3D qravitasiya modeli hazırlanıb və qırılmaların səth və dərinlik paylanması öyrənilib. Cənubi Xəzər Hövzəsində Moho sərhədi altında orta qalınlığı 60 km, sıxlığı böyük olan təbəqənin olduğu göstərilib və bu təbəqənin regionun geodinamikasındakı rolu öyrənilib. Azərbaycanın geodinamik poliqonlarında qravitasiya sahəsinin qabarmayan variasiyalarının qanunauyğunluqları müəyyənləşdirilib. Qravitasiya anomaliyaları əsasında strukturların neft və qazlılıq perspektivliyinin ədədi analiz metodu hazırlanıb və Azərbaycanın neftli və qazlı vilayətlərinə tətbiq edilib.

GPS ölçüləri ilə Qafqaz-Xəzər regionunda horizontal sürətlərin paylanması və sönmə profili, Qafqaz bloku və onun fırlanma hərəkəti təyin edilib, deformasiya enerjisi toplanan potensial ərazilər aşkar edilib.

Azərbaycanın neftli-qazlı vilayətlərinin çöküntü təbəqələrindəki qravitasiya tarazlığı proseslərini nəzəri olaraq öyrənib və burada konveksiya axının mümkünlüyünü göstərib. Palçıq vulkanları quruluşunun qravitasiya və aktivləşmə mexanizmi modelini verib.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 5
elmlər doktorlarının sayı:
Əsas elmi əsərlərin adları:

1.       Гравитационное поле и модели глубинного строения Азербайджана. Изд. Института геологии Nafta Press. 2000,. 112 p.

2.        “Transform for Interpretation of Gravity Anomalies in the Shamakhy-Gobustan and Absheron Oil and Gas Bearing Regions, Azerbaijan”. Journal of Applied Geophysics. v.45, August 2000. ELSEVIER SCIENCE. Amsterdam. p.49-61

3.        Геофизические поля, глубинное строение и динамика грязевого вулкана Локбатан. Изв. Российской АН, Физика Земли. Москва. 2004, №4. с.67-74

4.        Deep Structure Model and Dynamics of Mud Volcanoes, Southwest Absheron Peninsula (Azerbaijan). Energy Exploration & Exploitation, Volume 23, Number 5, October 2005, Multi-Science Publishing Co Ltd. pp.307-332

5.        “GPS Constraints on Continental Deformation in the Africa-Arabia-Eurasia Continental Collision Zone and Implications for the Dynamics of Plate Interactions”, JOURNAL OF GEOPHYSICAL RESEARCH, VOL. 111, B05411, doi:10.1029/2005JB004051, 2006, 1-26

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Avropa geoloq alim və mühəndislər assosiasiyasının (EAGE) və Amerika neftçi-geoloqlar assosiasiyasının (AAPG) üzvü

Pedaqoji fəaliyyəti:

1996-1998 - Türkiyə, Qara Dəniz Texniki Universitetinin professoru

İş yeri və ünvanı: AMEA Geologiya İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29 A
Vəzifəsi: Şöbə rəhbəri
Xidməti tel.: (994 12) 4392193
Ev tel.: (994 12) 4492658
Mobil tel.: (994 50) 3405850
Faks: (994 12) 4975285
Elektron poçtu:  kadirov@excite.com

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az