az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın müxbir üzvləri Məhərrəm Pirverdi oğlu Babayev

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bərdə şəh.
Təvəllüdü: 13.01.1937
Təhsili: Azərbaycan Kənd Təsərrüfatı İnstitutu, alim  aqronom.
Elmi dərəcəsi: Kənd təsərrüfatı elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 03.00.27 - Torpaqşünaslıq
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, Torpaqşünaslıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 224
Xaricdə çıxmış elmi əsərlərin sayı: 31
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 6
Əsas elmi nailiyyətləri:

Azərbaycan Respublikası antropogen torpaqlarının beynəlxalq standartlara cavab verən təsnifatı və diaqnostikası işlənib hazırlanmışdır; Respublikanın arid bölgə torpaqlarının deqradasiyasının və antropogen torpaqəmələgəlmə prosesinin elmi əsasları müəyyən edilmişdir.

"Azərbaycanın torpaq xəritəsi"  M 1:600 000 ; 1991  (rus. dil.) və "Azərbaycan Respublikasının Dovlət Torpaq Xəritəsi"  M 1: 100 000 ;  2001-ci il tərtib edilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 5
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. Kür-Araz ovalığının suvarılan torpaqları və onların məhsulvermə qabiliyyəti. Bakı, Elm, 1984, 174 s. (rus dil.)

  2. Azərbaycanın torpaq təsnifatının WRB sistemi ilə korelyasiyası. Bakı, "Elm", 2002, səh. 250

  3. Azərbaycanın torpaq xəritəsi, M  1:600 000; Moskva , 1991 (rus və az. dillərində)

  4. Torpaq derqradasiyası (metodik tövsiyyə). Bakı, "Elm", 2003, səh.45

  5. Azərbaycan torpaqlarının morfo-genetik profili (az. və rus dillərində).  Bakı, "Elm", 2004, 202 s.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Dokuçayev adına Rusiya Torpaqşünaslar Cəmiyyətinin Üzvü
Təltif və mükafatlar:

"Şərəf nişanı" ordeni - 1986;
Azərbaycan SSR Ali Sovetinin RH-nin Fəxri Fərmanı.

İş yeri və ünvanı: AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu,  AZ1100, Azərbaycan Respublikası, Bakı ş., Mirzə Davud küç. 51, mənzil 14.
Vəzifəsi: AMEA TAİ direktoru, Torpaq genezisi lab.-nın rəhbəri
Xidməti tel.: (994 12) 5383240 ,  (994 12) 5389483
Ev tel.: (994 12) 4536108 ,  (994 12) 4322963
Elektron poçtu: soiman@elm.az