az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 1951
Təhsili: Moskva Dövlət Universiteti
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.02.04 - Deformasiyaya uğramış bərk cismin mexanikası
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, mexanika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 80 elmi əsər, o cümlədən 1 dərslik, 2 dərs vəsaiti, 4 monoqrafiya
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 1 müəlliflik şəhadətnaməsi, 2 patent
Əsas elmi nailiyyətləri:

A.Əlizadə deformasiyaya uğramış bərk cismin mexanikası üzrə mütəxəssisdir. Onun tərəfindən ətraf mühitlə əlaqədə olan qeyri-xətti özlü möhkəm cisimlərin hesablanması üçün bir sıra variasiya prinsipləri təklif olunmuşdur. Təklifdə bununla yanaşı,  həndəsi qeyri-xəttilik, ətalətin gücü, ətraf mühitin xüsusiyyətləri, korroziya nəzərə alınmışdır.

Təklif olunmuş variasiya prinsiplərindən istifadə edərək ziyanların yığımı nəzərə alınmaqla məsələlər həll olunmuşdur. Bu məsələlər nazikdivarlı konstruksiyaların hesablanması üçün tətbiq olunmuşdur. Bu hal üçün alim S.P.Timoşenkonun modelini ümumiləşdirmişdir. Bundan əlavə, ziyanların yığımı nəzərə alınmaqla korroziya çatlamasına dair bir sıra məsələlər həllini tapmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 4
   elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. "On one variational principle for viscoelastic body with damage accumulation." Abstracts of Lectures, IUTAM Symposium "Creep in Structures", Cracow, 1990

  2. "On stability of three-dimensional isolated piles in anisotropic swelling soils." 14-th International Conference on Soil Mechanics and Foundation Engineering, Hamburg, 1997

  3. "Вариационные принципы динамики тонкостенных конструкций", (монография), Баку, 1997, 136 стр.

  4. "Введение в механику сплошных грунтов", (монография), Баку, 2004, 76 стр.

  5. "Studying of Medium Manifestations Aspects in Relation to Some Recent Earthquakes." 4-th International Conference on Recent Advances in Geotechnical Earthquake Engineering and Soil Dynamics, San Diego, 2001

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Azərbaycan Milli Mühəndislər Akademiyasının, Beynəlxalq Mühəndislər Akademiyasının həqiqi üzvü, Tətbiqi riyaziyyat və mexanika üzrə Alman cəmiyyətinin (GAMM) üzvü, Qrunt mexanikası və özüllərin tikintisi üzrə Azərbaycan Milli Komitəsinin üzvü, Beynəlxalq EKO-mühəndislik akademiyasının üzvü

Pedaqoji fəaliyyəti:
1990-2000 Bakı Dövlət Universitetinin professoru
2000-h/h Azərbaycan Texniki Universitetinin professoru
İş yeri və ünvanı:

Azərbaycan Texniki Universiteti, H.Cavid pr. 25

Vəzifəsi: Elm və texnika işləri üzrə prorektor, riyaziyyat kafedrasının müdiri
Xidməti tel.: (994 12) 4383360, (994 12) 4391456
Ev tel.: (994 12) 4346513