| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Naxçıvan MR, Naxçıvan şəhəri |
![]() |
|
| Təvəllüdü: | 1932 | ||
| Təhsili: | Bakı Dövlət Universiteti | ||
| Elmi dərəcəsi: |
Kimya elmləri doktoru |
||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.02 - Analitik kimya | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2007, analitik kimya | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 263 elmi əsər, 19 dərs vəsaiti | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 70 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 7 müəlliflik şəhadətnaməsi, 17 patent | ||
| Əsas elmi nailiyyətləri: | Professor R.Ə.Əliyeva tərəfindən ilk dəfə olaraq β- diketonlar əsasında azobirləşmələr sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif edilmişdir. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Professor R.Ə.Əliyeva qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində geniş işlər aparmışdır. O ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsirini müxtəlif fiziki-kimyəvi metadlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. O təcrübi faktların analizinə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında əgər binar sistemə əlavə edilən üşüncü komponent metala koordinasiya edərsə, onda kompleks birləşmələrin davamlılığı artır, bu isə seçiciliyin artmasına səbəb olur. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleksəmələgəlmə reaksiyalarının həssaslığı artmış olur. Professor R.Ə.Əliyevanın rəhbərliyi altında malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılmasının optimal şəraiti işlənib hazırlanmışdır. Bu sinif sorbentlərdən neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün iatifadə edilməsi təklif olunmuşdur. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 14 | ||
| elmlər doktorlarının sayı: | 1 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: | Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2000 |
||
|
|
Təltif və mükafatlar: |
Əməkdar elm xadimi - 2000, Akademik Y.Məmmədəliyevin adına mükafat - 2000, "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" -2001, Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Fəxri Fərmanı" - 2003-2004, Bakı Dövlət Universiteti "İlin alimi" - 2005, Azərbaycan Respublikası Təhsil Nazirliyi Heydər Əliyev adına mükafatı - 2005, Dünya Azərbaycan Qadınları Birliyinin Fəxri sədri |
|
| Pedaqoji fəaliyyəti: |
1956-1957 - Azərbaycan Texniki Universitetində baş laborant 1957-1958 - Azərbaycan Dövlət Universitetində laborant 1958-1960 - AMEA-nın Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi 1960-2001- Bakı Dövlət Universitetində assistent, baş müəllim, dosent, professor 2001-h/h - "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" Elmi-Tədqiqat İnstitutunun müdiri |
||
| İş yeri və ünvanı: |
Bakı Dövlət Universiteti, Z.Xəlilov küç. 23 |
||
| Vəzifəsi: |
Laborotoriya müdiri |
||



AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011