| Anadan olduğu yer: | Azərbaycan Resrublikası, Tərtər rayonu, Cəmilli kəndi |
![]() |
|
| Təvəllüdü: | 05.10.1952 | ||
| Təhsili: | V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya fakultəsi | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor, AMEA-nın müxbir üzvü | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, neft kimyası | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 387 elmi əsərin o cümlədən 7 monoqrafiya, 15 dərslik, 11 dərs vəsaiti | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 76 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | SSRİ-nin – 1, Rusiya Federasiyasının –3, Azərbaycan Respublikasının –19 patentinin müəllifidir. | ||
| Əsas elmi nailiyyətləri: |
Ilk dəfə olaraq nitrobirləşmələrin və üzvi turşuların keçid elementləri ilə qarışıq komplekslərinin alınma mümkünlüyünü kəşf etmiş və bu əsasda mövcud analoqlarından yüksək effektivliyi, stabilliyi və çoxfunksiyalılığı ilə fərqlənən antistatik aşqar yaratmışdır. Karbamid və aminlər əsasında yeni tip fosfat komplekslərinin sintez üsulunu yaratmış və bu komplekslər əsasında çoxfunksiyalı korroziya inhibitorlarının (VFIKS-82 və Azəri) istehsal və tətbiqini təşkil etmişdir. α-Olefinlər əsasında, tərkibində 25 həcm faizi H2S və CO2 olan mühitlərdə işləyə bilən korroziya inhibitorları alınmasının elmi əsaslarını işləyib hazırlamış, "Kaspi", "Kaspi-2", "Kaspi-4", "Araz-1" inhibitorlarının alınma texnologiyasını yaratmış, sənaye sınaqlarını keçirmiş və sənayedə geniş tətbiqini təşkil etmişdir. Turş mühitlər üçün suda həll olan "Kaspi-X" inhibitorunu yaratmış və sənayedə tətbiqini təşkil etmişdir. "Parkorin-1" parafinçökmə və korroziya inhibitorunu yaratmış, onun istehsalını təşkil etmişdir. Nefti sudan təmizləmək və duzsuzlaşdırmaq üçün "Xəzər" deemulqatoru yaratmış, Azərbaycanın neft emalı komplekslərində tətbiqini həyata keçirmişdir. Dəri sənayesi üçün dünyada analoqu olan və olmayan yeni aşı maddəsi - Bepikor-u yaratmış və bir çox ölkələrdə, o cümlədən Türkiyədə uğurlu sənaye sınaqlarını keçirmişdir. Onun istifadəsi dəri sənayesində işlənən 8 maddənin istifadəsini aradan qaldırır. Dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin struktur-qrup tərkibini müasir metodlarla tədqiq etmiş müalicəvi komponenti olan naften karbohidrogenlərinin dar fraksiyalarının bioloji aktivliyini tədqiq etmişdir. Müalicəvi Naftalan neftinin istifadə tarixində ilk dəfə olaraq V.M.Abbasovun rəhbərliyi ilə yaradılmış "Ağ naftalan yağı" Azərbaycan Respublikası Səhiyyə Nazirliyində dərman preparatı kimi qeydiyyatdan keçmiş, Ukrayna Səhiyyə Nazirliyinin qərarı ilə Ukraynada dərman preparatı kimi satışına icazə verilmişdir. |
||
|
|
Kadr hazırlığı: | ||
|
elmlər namizədlərinin sayı: |
22 | ||
|
elmlər doktorların sayı: |
6 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: | Akademik V.S.Altunin adına "Beynəlxalq Ekologiya və Təbiətdən İstifadə Akademiyası"nın həqiqi üzvü |
||
| Elmi-təşkilati fəaliyyəti: |
Təhsil Nazirliyinin Elmi metodiki Şurasının kimya bölməsinin sədri, AR
Prezidenti yanında Ali Attestasiya komissiyasının üzrə ekspert şurasının
sədr müavini, NKPİ-nin Elmi Şurasının üzvü, AR "Korroziyadan müdafiə"
cəmiyyətinin vitse-prezidenti, "Neft kimyası və neft emalı prosesləri"
jurnalının
baş redaktorunun müavini, "Kimya məktəbdə"
jurnalının
baş redaktoru, AR İctimai televiziyasının Yayım Şurasının üzvü (2005) |
||
|
|
Təltif və mükafatlar: |
SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin gümüş medalı - 1987; "SSRİ-nin qabaqcıl ixtiraçısı" döş nişanı - 1987; SSRİ Neft-Kimya sənaye nazirliyinin Fəxri Fərmanı - 1989; Akad. Y.H.Məmmədəliyev adına medalı - 1996; Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanı; "Əməkdar müəllim" fəxri adı; "Şöhrət" ordeni; AMEA-nın Fəxri Fərmanı - 2000. |
|
| Pedaqoji fəaliyyəti: | Bakı Dövlət Universitetinin Neft-Kimyası kafedrasında professor, Neft Akademiyasında magistrantın elmi rəhbəri, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında kimyadan ekspert şurasının və seminarın sədri. Məktəblilərin kimya olimpiadasının respublika turunu keçirən münsiflər heyətinin sədri. |
||
| İş yeri və ünvanı: |
AMEA-nın Akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 |
||
| Vəzifəsi: | Direktor | ||
| Xidməti tel.: | (994 12) 4902476 | ||
| Ev tel.: | (994 12) 4410212 | ||
| Mobil tel.: | |||
| Faks: | (994 12) 4903520 | ||
| Elektron poçtu: | |||



AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011