az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 21.08.1922
Təhsili: Azərbaycan Tibb İnstitutu, müalicə-profilaktika fakultəsi
Elmi dərəcəsi: Tibb elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: Terapiya, qastroenterologiya
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1989, təbabət
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 301, 15 kitab
Xaricdə çıxmış elmi əsərlərin sayı: 36 (ABŞ, Yaponiya, Almaniya)
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:
Əsas elmi nailiyyətləri:

Madə, bağırsaq və mədəaltı vəzi xəstəliklərinin klinikası, diaqnostikası və müalicəsinə dair bir çox məqalə və kitabların müəllifidir. Həzm orqanlarının müxtəlif xəstəlikləri zamanı onların funksional tədqiqatları aparılmışdır. Qara ciyarın funksional durumu ilə onun histoloji dəyişikliklərinin müqayisəli kliniki izahatı verilmişdir.

Yeni diaqnostik və müalicəvi preparatlar öyrənilmiş və tədbiq olunmuşdur.

Həzm orqanları xəstəliklərinin Azərbaycanda epidemiolojiyası, habelə mədəaltı vəzin və bağırsaq xəstəliklərinin endokrin orqanların funksional vəziyyətinə təsiri öyrənilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 6
elmlər doktorlarının sayı: 2
Əsas elmi əsərlərin adları:
  1. Qastrologiya problemləri, Tokiyo, 1970, 65. (İngilis)

  2. Mədəaltı vəzinin xəstəliklərinin diaqnostikası, Bakı, 1972, 153. (Rus)

  3. Mədə xəstəlikləri zamanı mədədaxili pH-metriyanın tətbiqi. Amer. J.Qastroenteroloji, 1977, 67, №3, 229-234. (İngilis)

  4. Xroniki xorasız kolit, Bakı, 1984, 242. (Rus)

  5. Həzm orqanları xəstəliklərinin müalicəsi və profilaktikası, Bakı, 1991, 239. (Rus)

Təltif və mükafatlar:

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin "Fəxri Fərmanı"- 1960;
Azərbaycan SSR Səhiyyə Nazirliyinin Fəxri Fərmanı - 1975;
"I dərəcəli Vətən Müharibəsi" ordeni - 1985;
Azərbaycan SSR
Dövlət mükafatı laureatı - 1988;
Azərbaycanın "Əməkdar elm xadimi" – 1990;
Azərbaycan SSR Səhiyyə Nazirliyinin "Səhiyyə əlaçısı" döş nişanı;
Azərbaycan SSR EA və Səhiyyə Nazirliyinin Fəxri Fərmanları - 2002;
"Döyüş xidmətlərinə görə" medal.

İş yeri və ünvanı: M.Topçubaşov adına ET kliniki Təbabət İnstitutunun filialı, 5 №-li xəstəxana, F. Xoyski, 101
Vəzifəsi: Terapevtik qastroenterologiya Şöbəsinin elmi işçisi.
Xidməti tel.: (994 12) 4640995
Ev tel.: (994 12) 4671221
Mobil tel.: (994 50) 7796045