az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Ünvan: AZ1073, Azərbaycan Respublikası, Bakı ş., Badamdar yolu 40
Tel.: (994 12) 5024330
Faks: (994 12) 4970994
Email: direktor@botany.az
Direktor: Validə Mövsüm qızı Əli-zadə
Biologiya elmləri doktoru
Tel: (994 12) 5024330, Faks: (994 12) 4970994, Email: vm_alizade@yahoo.com
Direktor müavinləri:

Allahverdiyev Natiq İsa oğlu
Ümumi işlər  üzrə müavin
Tel.: (994 12) 4582159

Elmi katib: Xuraman Cabbar qızı Xəlilova
Biologiya elmləri namizədi
Tel.: (994 12) 5024480  Faks: (994 12) 4970994
Təşkilatın əsas fəaliyyət istiqamətləri:
  1. Azərbaycanın flora, fauna, mikroorqanizmlər və torpaq örtüyü biomüxtəlifliyinin öyrənilməsi, genofondun qorunması və səmərəli istifadəsi (rəhbər: Akademik C.Ə.Əliyev)

  2. Canlıların həyat fəaliyyətinin molekulyar-genetik və fiziki-kimyəvi əsasları (rəhbər: Akademik C.Ə.Əliyev)

 

Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr:
  • 32 fəsilə 178 cinsə aid 588 növ, o cümlədən 18 fəsilə 36 cins və 200-ə qədər yeni növlər daxil edilmiş "Azərbaycan florası"nın I cildi azərbaycan dilində çapa təqdim edilmişdir. II cild üçün 24 fəsilə 91 cins 410 növ hazırlanmışdır.

  • Azərbaycan Respublikası "Qırmızı Kitabı"nın II nəşri çapa hazırlanmışdır. Yeni siyahıya 338 ali bitki, 12 göbələk və 23 ibtidai bitki növləri daxil edilmişdir.

  • İlk dəfə olaraq funksional markerlərdən istifadə etməklə Azərbaycanda buğda genotiplərinin quraqlıq stresinə davamlılılığının skrininqi aparılmışdır. Müəyyən olunmuşdur ki, quraqlığa davamlılığı cis-tənzimləyən (pozitiv) Dreb 1 transkripsiya faktorunun (drought resistance element binding - quraqlığa qarşı davamlılıq elementlərini birləşdirən) genləri  buğdanın 11 genotipində yalnız A genomun 3-cü xromosomunda (3A) aşkar olunduğu halda, Bərəkətli-95 genotipində isə həm A (3A), həm də B (3B) genomlarında yerləşir.

  • Azərbaycanın müxtəlif bölgələrindən götürülmüş paxlalı bitkilərdən lobya (Vicea faba L.), noxud (Cicer arietium L.) və mərcidə (Lentil L.) müxtəlif molekulyar və seroloji metodların köməyi ilə Nanoviridae fəsiləsinin Nanovirus cinsinə aid 3 müxtəlif nanovirus - 2 müxtəlif Faba bean necrotic yellow virus və Faba bean necrotic stunt virus aşkar edilmiş və onların tam molekulyar identifikasiyası aparılmışdır.

  • Xəzər dənizi alqoflorasında Amicula nadir cinsi (Amicula specululum A. Witkowski növü) və Nitzscha aurariae Cholnoky növü aşkar edilmişdir.

  • Azərbaycan florasında yayılmış faydalı bitki növlərinin müxtəlif orqanlarından bioloji fəal maddələr alınmış, onların kəmiyyət və keyfiyyət tərkibləri, biosintezi və bitki həyatında rolu tədqiq edilmiş, bioloji fəal tibbi preparatlar və yeyinti əlavələrinin alınması texnologiyaları hazırlanmışdır.

  • İnstitut əməkdaşları NATO, İUCN, CEPF, INTAS, INCO COPERNICUS, STCU, Volkswagen Stifftung və s. grantlarına layiq görülmüş bir sıra beynəlxalq müştərək layihələrdə iştirak etmişlər:

 

  • 2004-2005 – "Azərbaycan florasından ağır metalların hiperakkumulyatoru olan bitki növlərinin müəyyənləşdirilməsi və səciyyələndirilməsi";

  • 2006-2008 – "Ətraf mühitin mühafizəsi: Azərbaycanın bəzi ağac növlərinin göbələk  xəstəliklərinin monitorinqi və tədqiqi";

  • 2006-2009 – "Qafqaz biomüxtəlifliyinin qaynar nöqtəsi üçün bitkilərin Qırmızı Siyahının qiymətləndirilməsinin koordinasi-yası və işlənib hazırlanması";

  • 2006-2009 – "Neft kəmərinin ekoloji təkmilləşdirməsi üçün yeni yanaşma";

  • 2007 – "Qafqazda potensial təhlükə altında olan Pyrus növlərinin tədqiqi və qiymətləndirilmə statusu";

  • 2007-2008 – "Qafqazın Qorunan Ərazilərində bitki saxlanması – Mühüm Bitki Ərazilərinin müəyyənləşdirilməsi";

  • 2009-2011 – "Azərbaycanda şam ağaclarını məhv edən qabıq böcəkləri (Coleoptera: Scolytidae) ilə assosiasiyada olan göbələklərin molekulyar tədqiqi";

  • 2010-2012 – "Abşeronun sənaye tullantıları ilə çirklənmiş torpaqlarının bioremediasiyası metodlarının işlənib hazırlanması";

  • 2011-2013 – "Qafqazda bitki müxtəlifliyinin saxlanması metodlarının işlənib hazırlanması".

  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişaf Fondunun 1-ci qrant müsabiqəsindən uğurla keçmiş layihələr:

  1. Zülalların Verilənlər Bankının statistik analizi: təkrar olunan obrazların tanınması, təşkili və istifadəsi (rəhbər – akademik C.Əliyev)

  2. Azərbaycanda GenBankda toplanmış buğda genotiplərinin quraqlığa davamlığının molekulyar markerlərlə skrininqi və tolerant genotiplərdə fizioloji, biokimyəvi və biofiziki parametrlərin tədqiqi (rəhbər – AMEA müxbir üzvü İ.Hüseynova)

  3. İnsan və siçan genlərinin promotor arxitekturasının müqayisəli kompüter analizi (rəhbər – b.e.d. İ.Şahmuradov)

  4. Biomüxtəlifliyin qorunması: Azərbaycanın nadir və nəsli kəsilməkdə ola bitki və göbələk növlərinin statusunun qiymətləndirilməsi (rəhbər – b.e.d. V.Əlizadə)

  • Institut Beynəlxalq elmi əməkdaşlıq çərçivəsində bir neçə elmi təşkilatla Memorandum imzalamışdır:
     

  • Berlin-Dahlem Botanika Bağı və Botanika Muzeyi (Almaniya);

  • Fribourg Universiteti Botanika Bağı və Biologiya Bölməsi (İsveçrə);

  • Karaçi Universiteti Beynəlxalq Kimya və Biologiya Mərkəzi (Pakistan).

Son 5 ildə İnstitut əməkdaşları tərəfindən 6 monoqrafiya, 6 elmi əsərlər toplusu, 7 kitab, 2 kitab fəsli (xarici mətbuatda), 1 xəritə, 622 məqalə (393 yerli, 229 xarici mətbuatda) nəşr olunmuşdur. Həmçinin 5 patent alınmışdır.

 

Təşkilatın tarixi haqqında qısa məlumat:

Botanika İnstitutu 1936-cı ildə təsis olunmuşdur. İlk direktoru Qafqaz florasının görkəmli tədqiqatçısı İ.A.Qrossheym olmuşdur. Botanika sahəsində kadr hazırlanmasında V.İ.Ulyanişev, L.İ.Prilipko, İ.M.İsayev, M.Q.Abutalıbov, V.X.Tutayuq, Q.E.Kapinos, Ş.O.Barxalov, V.C.Hacıyev, S.H.Musayev və başqalarının böyük xidmətləri olmuşdur. Molekulyar biologiya və bitki genetikası sahəsində yeni elmi istiqamətlərin inkişafında İnstitutun dünya elminə inteqrasiyasında qazanılmış böyük nailiyyətlər akademik C.Ə. Əliyevin adı ilə bağlıdır və bilavasitə onun xidmətidir. Hazırda İnstitutda 134 elmi işçi, eyni zamanda 1 akademik, 5 AMEA-nın müxbir üzvü, 17 elmlər doktoru və 74 elmlər namizədi çalışır.

Təşkilatın işçilərinin ümumi sayı: 276
Təşkilatın struktur bölmələri: Ali bitkilərin sistematikası şöbəsi

Herbari laboratoriyası

İbtidai bitkilərin sistematikası şöbəsi

Alqologiya və lixenobriologiya laboratoriyası

Mikologiya laboratoriyası

Bitki ehtiyatları şöbəsi

Geobotanika şöbəsi

Etnobotanika laboratoriyası

Bioloji məhsuldarlığın fundamental problemləri şöbəsi

Xloroplastların fotokimyası laboratoriyası

Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyası

Kompyuter struktur bioloiyası laboratoriysı

Molekulyar biotexnologiya laboratoriyası

Genomun quruluşu və ekspressiyası laboratoriyası

Biomühəndislik və biotexnologiya laboratoriyası

Hüceyrənin membran sistemləri laboratoriyası

Bioadaptasiya laboratoriyası

Bioinformatika laboratoriyası

Hüceyrənin tənzimləyici sistemləri laboratoriyası

Fotobioenergetika laboratoriyası

Eksperimental botanika şöbəsi

Bitkilərin davamlılığı laboratoriyası

Köklə qidalanmanın fiziologiyası laboratoriyası

Biofizika laboratoriyası

Hüceyrə membranlarının fiziki-kimyəvi xüsusiyyətləri  laboratoriyası

Elmi informasiya və innovasiya şöbəsi

 

 

Elmlər doktorları