| Ünvan: | AZ1005, Azərbaycan Respublikası, Bakı ş., Hacı Zeynalabdin Tağıyev küç., 4 | |
| Tel.: | (994 12) 4933648 | |
| Faks: | (994 12) 4985211 | |
|
E-mail: |
aztarmuzey@mail.ru | |
| Direktor: |
Nailə Məmmədəli
qızı Vəlixanlı |
|
| Direktor müavini: | Məhfuzə Hacı qızı Zeynalovа
Elmi fond işləri üzrə direktor müavini -
baş mühafiz
Həbibə Mirpaşa qızı Əliyeva
Tel.: (994 12) 4939743 |
|
| Elmi katib: | Fərhad Rafiq
oğlu Cabbarov Tarix üzrə fəlsəfə doktoru Tel.: (994 12) 5981739 E-mail: farhadcabbarov@mail.ru |
|
| Təşkilatın əsas fəaliyyət istiqamətləri: |
Müasir muzeyşünaslıq
prinsipləri əsasında Azərbaycanın qədim dövrdən bu günədək tarixinə, maddi
mədəniyyətinə aid materialların toplanması, mühafizəsi, elmi tədqiqi,
təbliği və nümayişi. |
|
| Son beş ildə təşkilatın əldə etdiyi əsas elmi nəticələr: |
Muzeyin
müasir beynəlxalq standartlara uyğun təmiri və bərpası. Muzeydə Azərbaycanın
ən qədim dövrdən 1920-ci ilə qədər tarixini, habelə böyük xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin həyat və fəaliyyətini əks etdirən yeni stasionar
ekspozisiyanın qurulması, onun daim genişlənməsi və təkmilləşməsi. Fondların
yeni eksponatlarla zənginləşməsi (5000-dən artıq). Muzeyin materialları
əsasında nəşr olunmuş toplular, kataloqlar, kitab və kitab-albomlar.
Beynəlxalq və respublika səviyyəli elmi konfransların, seminarların
keçirilməsi. Yüksək ixtisaslı kadrların yetişdirilməsi. Elmi şuranın və Fond
satınalma komissiyasının müntəzəm işləməsi. Ekspozisiya və sərgilərdə
Azərbaycan tarixinin təbliği. Ali və orta məktəblərə, başqa təşkilatlara
məsləhət və köməkliklərin olunması. Fond materiallarının bərpası, mühafizəsi,
kompüterləşdirilməsi. |
|
| Təşkilatın tarixi haqqında qısa məlumat: |
1920-ci ilin
iyununda Az.XMK-nın sərəncamı ilə yaradılmış "Muzekskurs"un əsasında "Doğma
diyarın tədris muzeyi İstiqlal" adı ilə təşkil edilmişdir. 1921-ci ildən
Azərbaycan Dövlət Muzeyi, 1937-ci ildən SSRİ EA Azərbaycan filialının,
1945-ci ildən Azərbaycan SSR EA tərkibində Azərbaycan tarixi muzeyi adları
ilə fəaliyyət göstərib. 2005-ci ildə Milli muzey statusu alıb. Hazırda AMEA
strukturunda elmi-tədqiqat və mədəni-maarif müəssisəsi kimi işləyir. Muzeyin
elmi-tədqiqat planları Azərbaycan tarixinin ta qədimdən bütün dövrlərinin
öyrənilməsini, ekspozisiya və sərgilərdə əksi problemlərinin işlənilməsini
nəzərdə tutur. |
|
| Təşkilatın işçilərinin ümumi sayı: | 176 | |
| Təşkilatın struktur bölmələri: | Azərbaycan tarixinin elmi ekspozisiyası şöbəsi Elmi maarif və sərgilərin təşkili şöbəsiNumizmatika və epiqrafika elmi fond şöbəsi Fondların uçotu və təsnifatı şöbəsi Kitabxana Ekspozisiyanın təhlükəsizliyi şöbəsi İstehsalat qrupu
|
|

AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011