| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 25.12.1940
Təhsili: Azərbaycan Dövlət Universiteti, şərqşünaslıq fakultəsi, ərəb şöbəsi, ərəb filologiyası və Azərbaycan dili müəllimi
Elmi dərəcəsi: Tarix elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 07.00.03 - Ümumi tarix; 07.00.02 - Vətən tarixi
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, tarix
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2007, tarix
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 8 kitab, 209 elmi məqalə
Xaricdə çıxmış elmi əsərlərin sayı: 14
Əsas elmi nailiyyətləri:

Azərbaycanın orta əsrlər tarixinin mənbəşünaslıq problemləri, regionun Ərəb Xilafəti tərkibində mövqeyi, sosial-iqtisadi münasibət, siyasi-mədəni tarix və tarixi coğrafiya məsələlərinə aydınlıq gətirilmiş, elmdə son vaxtlaradək hakimlik edən erməni-gürcü ənənəsini sındırmaqla tarixşünaslığımızda nailiyyət qazanılmışdır. Son illərin ən mühüm uğurlarından elmi redaktorluğu və müəllifliyi (15 c.v.) ilə yerinə yetirilmiş "Azərbaycan tarixi"nin II çildinin və "Azərbaycanda dövlətcilik və onun rəmzləri"nə həsr edilmiş kitab albomun işıq üzü görməsidir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 5
Əsas elmi əsərlərin adları:
  1. IX-XI əsrlər ərəb coğrafiyaşunas-səyyahları Azərbaycan haqqında. Bakı, "Elm", 1974 (14 c.v)

  2. Ибн Хордадбех. Книга  путей и стран (исследование, перевод с арабского, комментарии, указатели и карты).-Баку, "Elm", 1986, (29 c.v) rus dilində

  3. Ərəb Xulafəti və Azərbaycan. Bakı, "Elm", 1993 (9,5 c.v)

  4. Azərbaycan Tarixi (III-XIIəsrlər), II cild,  Bakı, 1998 (məsul redaktoru və əsas müəlliflərindən biri, 34c.v)

  5. Azərbaycanda dövlətçilik və onun rəmzləri"  kitab- albom,  Bakı, "Elm", 2000 (12 c.v)

Pedaqoji fəaliyyəti:

1970-ci ildən respublikanın ali məktəblərində (BDU, APU, "Xəzər"Universitetində Şərq və Vətən tarixinə, Azərbaycanın mənbəşunaslıq və tarixşünaslığına dair mühazirə və xüsusi kurslar), 1991-ci ildən Azərbaycan Universitetinin professoru.

Təltif və mükafatlar:

"Əmək rəşadətini görə" medalı - 1970

İş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 10

AMEA-nın Tarix Muzeyi,  Azərbaycan Respublikası, Bakı ş., H.Z.Tağıyev küçəsi 4

Vəzifəsi: Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

AMEA-nın Tarix Muzeyi, direktor

Xidməti tel.: (994 12) 4932387
Ev tel.: (994 12) 4945879
Mobil tel.: (994 50) 3245393
Faks: (994 12) 4985211

 

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az