az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Bəxtiyar Mahmud oğlu Vahabzadə (1925-2009)

Anadan olduğu yer: Azərbaycan Respublikası, Şəki şəhəri
Təvəllüdü: 16.08.1925
Təhsili: Azərbaycan Dövlət Universiteti, filoloq
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: Ədəbiyyatşünaslıq
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1980, ədəbiyyatşünaslıq
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2001, ədəbiyyatşünaslıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 12 ədəd kitab
Xaricdə çıxmış elmi əsərlərin sayı: 4 kitab 
Əsas elmi nailiyyətləri:

"Sənətkar və zaman", "Sadəlikdə böyüklük", "Dərin qatlara işıq" kitabları, S.Vurğunun yaradıcılıq yolu haqqında ilk namizədlik və doktorluq dissertasiyasını yazmışdır. Bu mövzuda mükəmməl elmi monoqrafiyalar nəşr etdirmişdir. Həmin əsərlərdə S.Vurğunun klassik Azərbaycan ədəbiyyatının yazarı ənənələrilə əlaqələri və onun ədəbiyyatımıza gətirdiyi yeniliklər, poetik prosesə təsiri zəngin elmi faktlar əsasında açılıb göstərilmişdir. Üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindən biridir. Adları çəkilən əsərlərində M.Hadi, M.Ə.Sabir, S.Məmmədquluzadə, R.Rza, S.Rəhimov kimi böyük sənətkarların sənət möcüzələri haqqında orijinal elmi qənaətləri öz əksini tapmışdır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 4
elmlər doktorlarının sayı: 1
Əsas elmi əsərlərin adları:
  1. "Səməd Vurğunun həyat və yaradıcılığı"
  2. "Heyrət ey büt" (Füzuli haqqında)
  3. "Anamın kitabı", "Yunus İmrə" və s.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: 1995-ci ildə Ankara Dövlət Universitetinin fəxri doktoru, 1989-cu ildə Türkiyə Yazarlar Birliyinin üzv seçilib
Təltif və mükafatlar:

Əməkdar incəsənət xadimi - 1974;
Azərbaycan SSR
Dövlət mükafatı laureatı - 1975;
SSRİ Dövlət mükafatı laureatı - 1984;
Azərbaycanın "Xalq Şairi" - 1985;
"İstiqlal"
ordeni - 1995;
Türk kültürünə hizmət vakfi. "Turk dili - şərəf ödülü" - 1985, 1995;
Azərbaycan Teatr Xadimləri İttifaqı - "Qızıl Dərviş"
mükafatı - 1999;
Rumıniyanın komandor dərəcəli "Ləyaqət"
mükafatı - 2000;
Azərbaycanın bütövlüyü uğrunda "Mübariz Şair" - 2000;
Gənc Sənaye və iş adamları dərnəyinin təltif etdiyi 2001-ci ilin Dünyadakı ən başarlı şairi.

Pedaqoji fəaliyyəti:

1950-ci ildən 1990-cı ilədək Bakı Dövlət Universitetində müəllim, dosent və professor vəzifələrində işləmişdir.