az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Kamal Abdulla Şaiq oğlu Talibzadə (1923-2006)

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 14.08.1923
Təhsili: Bakı Dövlət Universiteti, filoloq, ədəbiyyatşünas
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.03; 10.01.08; 10.01.09 - Filologiya, ədəbiyyat nəzəriyyəsi, folklor
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1980, ədəbiyyatşünaslıq
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989, ədəbiyyatşünaslıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 830, 75 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 30

Əsas elmi nailiyyətləri:

Elmi fəaliyyətə 1942-ci ildən başlamışam. Azərbaycan ədəbiyyatşünaslığında ədəbi tənqid tarixi fənninin əsasını qoymuşam. Dünyaya yayılmış onlarla kitabın və müxtəlif dillərdə məqalələrim mənə alim şöhrəti qazandırmışdır. Mənim Azərbaycan ədəbi tarixinə aid bir-birinin ardınca nəşr etdirdiyim kitab və məqalələrim milli ədəbiyyatşünaslıqda yeni müstəqil bir elmi istiqamətin yaranmasına səbəb olmuşdur. Mənim Azərbaycanda, eləcə də türk dilli ölkələrdə onlarla şagirdlərim, yetirmələrim vardır. Bunu təstiq edən sənədlər, məktublar, məqalələr, alim rəyləri vardır. Akademik Rəhim Müsülmanqulov, prof. Tursunbek Kakişev, prof. Əhməd Cəfəroğlu, Hacı Həmzətov, İ.Z.Nurullin, Ə.Xalitov, S.M.Xaybullayev kimi onlarla xarici alim, akademik, professor mənim haqqımda rəy söyləmişlər. Xaricdə keçirilən simpoziumlarda iştirak etmiş, elmi məruzələrlə çıxışda bulunmuşam.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 25
elmlər doktorlarının sayı: 16
Əsas elmi əsərlərin adları:
  1. "Abbas Səhhət", Bakı, 1955, 194 səh.
  2. "XX əsr Azərbaycan ədəbi tənqidi, (1905 - 1917-cı illər)", Bakı, 1966, 540 səh.
  3. "Ədəbi isr və varislər", Bakı, 1974, 314 səh.
  4.  "Azərbaycan ədəbi tənqidinin tarixi (1800 - 1920-ci illər)", Bakı, 1984, 340 səh.
  5. "Seçilmiş əsərlər", iki cilddə: 1-ci cild, Bakı, 1991, 398 səh.; 2-ci cild, Bakı, 1994, 432 səh.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Türkiyədə fəaliyyət göstərən "Türk Dünyası Araşdırmaları Vaqfi" ndə etdiyim məruzə fərqləndirildiyi üçün mənə üzvlük Səhadətnaməsi təqdim edilmişdir - 1990-cı il.

Təltif və mükafatlar:

"Sərəfli əməyə görə" yubiley medalı - 1970;
Azərbaycan SSR Əməkdar elm xadimi - 1982;
Azərbaycan SSR
Dövlət mükafatı laureatı - 1986;
"Əmək veteranı" medalı - 1987;
Azərbaycan EA-nın Fəxri Fərmanı - 1993;

"Şöhrət" ordeni - 1998;
Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən verilmiş "Qızıl qələm" mükafatı - 1998.

Pedaqoji fəaliyyəti:
  1. Bakı Dövlət Universiteti. 1952-1958
  2. Azərbaycan Dövlət Pedaqoji İnstitutu - professor. 1986
  3. Ali İctimai - Siyasi Kollec. 1995
  4. "Təfəkkür" Universiteti - elmi müşavir. 1998
Axırıncı  iş yeri və ünvanı:

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 31

Vəzifəsi: Nizami adına Ədəbiyyat İnstitutunda AMEA-nın Rəyasət Heyyətinin elmi müşaviri