 |
Əsas elmi
nailiyyətləri: |
Kompozitlərin
mexaniki, elektro-, termolüminessensiya, elekrik, istilik xassələri, sərhəd
polyarizasiya prosesləri, elektron-ion və relaksasiya prosesləri,
fazalararası hadisələr və yük halı kompleks tədqiq edilmişdir.
Polimer-pyezoelektrik və polimer-yarımkeçirici kimi nizamsız sistemlərdə
piro-, pyezoelektrik, elektret, varistor, pozistor, pyezorezistiv,
fotoelektrik, fotovoltaik, elektro-fotoxrom və s. effektlərin formalaşması
mexanizmləri təqdim edilmişdir.
Polimer-pyezokeramika əsasındakı kompozitlərin piro-elektrik xassələrinin tədqiqi ilə müəyyən
edilmişdir ki, piro-elektrik
effektinin formalaşmasının
səbəbi fazalararası sərhəddə injeksiya olunmuş yüklərin elektrik
sahəsinin təsiri altında pyezo-elektrik fazada
yüksək reoriyentasiya polyarizasiyasıdır. Müəyyən edilmişdir
ki, 180◦-dən
fərqli domen-oriyentasiya polyarizasiyasına və romboedrik struktura malik
pyezokeramikalar piro-elektrik
kompozitlər üçün effektiv komponentdir.
Kompozitlərin elektret xassələrinin tədqiqi
ilə müəyyən
edilmişdir ki, kompozitlərdə elektret
effektinin yaranma səbəbi polimer
fazanın ifrat molekulyar quruluşunun dəyişməsi deyil,
polyarizasiya nəticəsində kompozitdə injeksiya olunmuş elektron
və pyezohissəcikdə sahə istiqamətində oriyentasiya
olunmuş domen tipli kvaziyentral sistemin yaranmasıdır. Polimer
pyezo-elektrik kompozitlərdə effektiv
elektret yükü və elektret
potensiallar fərqinin temperatur və elektrik
sahəsinin gərginliyindən asılı olaraq dəyişməsinin mexanizmləri
verilmişdir.
Müəyyən edilmişdir ki, romboedrik keramika əsasında
alınmış kompozitlər elektret xassələrinə görə
tetraqonal keramikalı kompozitlərə nisbətən daha effektivdir. Elektret
kompozitlərin modeli təklif edilmişdir və bu model əsasında qeyri-polyar polimerləri
pyezo-elektrik hissəciklərlə disperqasiya etdikdən
sonra onlarda elektret xassələrinin yaranma
mexanizmi izah olunur.
Müəyyən edilmişdir ki, polimerləri yarımkeçirici və pyezoelektrik hissəciklərlə
disperqasiya etdikdə onlar əsasındakı kompozitlərdə pozistor və varistor
effektlərinin yaranmasına səbəb olur ki, bu da fazalararası sərhəddə
potensial baryerin yaranması və temperatur və elektrik
sahələrinin təsiri ilə onun dəyişməsi ilə izah olunur. Müəyyən
edilmişdir ki, polimer matrisanın strukturu, dielektrik nüfuzluğu və ərimə temperaturunda
həcminin artması polimer - yarımkeçirici kompozitlərin varistor və
pozistor xassələrinə xeyli təsir edir ki, bu da polimer- yarımkeçirici
sərhəddində potensial baryerin bu kəmiyyətlərdən bilavasitə asılılığı ilə
izah olunur.
Kompozit pozistor və varistor materialların alınma metod və
texnologiyaları iştənilib hazirlanmımdır.
Kompozit polimer elementlər əsasında elektroakustik çeviricilər, akustik
elektronika cihazları, hidro-akustik qəbuledici-verici antennalar,
opto-akustik çeviricilər, Korotkov ton çeviriciləri, vibro- və
seysmoçeviricilər, statik və dinamik təzyiq çeviriciləri
işlənib hazırlanmışdır ki, bunların çoxu müxtəlif
nazirliklərin zavod və müəssisələrində tətbiq olunmuşdur. |
 |
Əsas elmi əsərlərin
adları: |
Пироэлектрический эффект в композициях полиэтилен и
ЦТС-19, Физика твердого тела, 1983, н.т. 23, в.12, стр. 3722-3723
C высокими значениями пьезокоэффициента и
пьезочувствительности. ВМС, 1987, №1, стр.3-5.
Пироэлектрические и пьезоэлектрические свойства
Полимерных композиций. ВМС, 1987, №2,
стр.28-32.
"New piezoelectric materials for
medical diagnostics and therapeutics".
TMMOB Electrik Muhendisleri Odasi, Ankara Ulusal
Kongresi. 1997, pp.678-679
|