| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Naxçıvan MR, Naxçıvan şəhəri |
![]() |
|
| Təvəllüdü: | 28.04.1932 | ||
| Təhsili: | Bakı Dövlət Universiteti, kimya | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor, AMEA-nın həqiqi üzvü | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 1989, yüksək molekullu birləşmələr kimyası | ||
| Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, kimya | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 320 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 186 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 102 | ||
| Əsas elmi nailiyyətləri: |
Neft-kimya sintezi və yüksək molekullu birləşmələr sahəsində mütəxəssisdir. Etilenin propilenlə və digər olefinlərlə metal üzvi katalizatorların iştirakı ilə birgə polimerləşmə reaksiyalarının öyrənilməsi sahəsində geniş elmi-tədqiqat işləri aparmışdır. Etilen-propilen sintetik kauçuklarının maye propilen mühitində birgə polimerləşmə prosesinin kimyası və texnologiyası iri təcrübə qurğusunda öyrənilmiş və sənaye prosesi yaradılmışdır. Bu məqsəd üçün lazım olan dienlərin alınması (o cümlədən, etiliden və vinil norbornenin) və texnologiyası öyrənilmiş və sənayedə tətbiq olunmuşdur. Etilen və digər olefinlər əsasında yeni kauçuklar alınmışdır. Etilen-propilen kauçukunun parçalanması əsasında yüksək keyfiyyətə malik olan yağlar, özlülük aşqarlarının alınma prosesini öyrənmiş və sənayedə tətbiq etmişdir. Onun rəhbərliyi ilə polimerləşmə, oliqomerləşmə, alkilləşmə prosesləri üçün yeni növ katalizatorlar sintez edilmişdir. Bu katalizatorlar bir sıra sənaye qurğularında (butil-kauçuk, poliizobutilen, etilbenzol və s.) sınaqdan keçirilmiş və bu məqsəd üçün istifadə olunan katalizatorlardan daha səmərəli olduğu müəyyən edilmiş və geniş tətbiq edilmişdir. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 33 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
|
|
Elmi-təşkilati fəaliyyəti: |
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya üzrə Ekspert Şurasının sədri, NKPİ-nin Elmi Şurasının üzvü, bir sıra kimya təmaüllü jurnallarının redaksiya heyətinin üzvü, Kimya Problemləri jurnalının baş redaktoru |
|
| Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: |
Beynəlxalq Energetika və Ekologiya Akademiyasının həqiqi üzvü |
||
|
|
Təltif və mükafatlar: |
"Şərəf nişanı"
ordeni - 1981; |
|
| Pedaqoji fəaliyyəti: | Azərbaycan Dövlət Neft Akademiyasının və Bakı Dövlət Universitetinin professoru | ||
| İş yeri və ünvanı: |
AMEA Neft-kimya Prosesləri İnstitutu, AZ1025, Azərbaycan Respublikası, Bakı ş., Xocalı pr., 30 |
||
| Vəzifəsi: | Baş elmi işçi | ||
| Xidməti tel.: | (994 12) 4903540, (994 12) 4902476 | ||
| Ev tel.: | (994 12) 4625688 | ||
| Mobil tel.: | (994 50) 3211161 | ||
| Faks: | (994 12) 4903520 | ||
|
Elektron poçtu: |
|||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011