az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Adilə Əvəz qızı Namazova

Anadan olduğu yer: Azərbaycan Respublikası, Ağdam rayonu, Seyidli kəndi
Təvəllüdü: 09.09.1926
Təhsili: Azərbaycan Dövlət Tibb Universiteti, pediatr
Elmi dərəcəsi: Tibb elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 14.00.09 -  Uşaq xəstəlikləri
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1971, SSRİ Tibb Elmləri  Akademiyası - Pediatriya; 1994, Rusiya Tibb Elmləri Akademiyası - Pediatriya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1983, tibb
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 350
Xaricdə çıxmış elmi əsərlərin sayı: 200
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 5
Əsas elmi nailiyyətləri:
  1. Uşaqlarda revmatizmin fəal dövründə ürəyin funksional vəziyyətinin öyrənilməsi;

  2. Uşaqlarda ürək arakəsmələrinin anadangəlmə qüsurlarının xüsusiyyətlərini öyrənmişəm, ürək üzərində cərrahi əməliyyata-korreksiyaya göstəriş və əks göstəriş müəyyənləşdirmişəm.

  3. İlk dəfə olaraq ürəkdə aparılmış cərrahi əməliyyatların yaxın və uzaq dövrlərdə (20 il) nəticələrinin qiymətləndirmişəm.

  4. Dünyada ilk dəfə olaraq sübut etdim ki, hipertoniya və hipotoniya xəstəlikləri uşaq və yeniyetmə yaşlarından başlayaraq insanın həyatı boyu bu və ya digər kəskinlikdə davam edir.

  5. İlk dəfə olaraq hipertoniya və hipotoniya xəstəliklərinin uşaqlarda və yeniyetmələrdə təsnifatın təklif etmişəm.

  6. Təbabətdə etikanın problemləri.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 40
elmlər doktorlarının sayı: 3
Əsas elmi əsərlərin adları:
  1. "Ürək arakəsməsinin cərrahi müalicəsi". Moskva, 1965, 10 r/v.

  2. "Ürəyin mədəcik və qulaqcıq arakəsməsinin anadangəlmə qüsurlarının klinik xüsusiyyətləri". Bakı, 1966, 8 r/v.

  3. "Uşaq xəstəlikləri" dərsliyi ali məktəb tələbələri üçün. Bakı, 1967, 11,5 r/v.

  4. "Azərbaycanda endokrin xəstəlikləri". Bakı, 1976, 5,6 r/v.

  5. "Uşaqlarda və yeniyetmələrdə hipotoniya xəstəliyinin klinik xüsusiyyətləri, müalicə və profilaktikası". Bakı, 1986, 8 r/v.

  6. "Uşaqlarda təxirə salınmaz yardım". Bakı, 1999, 10 r/v.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. SSRİ Tibb Elmlər Akademiyasının  müxbir üzvü

  2. Rusiya Tibb Elmləri Akademiyasının  üzvü

  3. Beynəlxalq Pediatrlar Assosiyasının üzvü

  4. Türkdilli ölkələrin Mərkəzi Asiya pediatrlar Assosasiyasının (Beynəlxalq iştirakla) IV konqresinin prezidenti

  5. Türkdilli ölkələrin, Mərkəzi Asiya Pediatrlar Assosasiyasının Vitse -Prezidenti

  6. Türkiyə "Pediatiriya" jurnalının redaksiya  kollegiya üzvü
  7. "Türkiyə Beynəlxalq Pediatiriya" jurnalının redkollegiya üzvü
Təltif və mükafatlar:

Azərbaycan Respublikası Əməkdar Elm Xadimi - 1981;
Dövlət mükafatı laureatı - 1982;
Azər
baycanın Əməkdar həkimi - 1982;
Sağlamlığın qorunmasında fərqlənmə - 1979;
"Leninin 100 illiyi" medalı;
"Şöhrət" ordeni - 1996;
ÜİLKGİ Mərkəzi Komitəsinin
"Fəxri Fərmanı" - 1945.

Pedaqoji fəaliyyəti: Azərbaycan Tibb Universitetində uşaq xəstəliklərinin tədrisi
İş yeri və ünvanı: Azərbaycan Tibb Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Bakıxanov küç., 23
Vəzifəsi: Azərbaycan Tibb Universiteti, 1-ci Uşaq xəstəlikləri kafedrasının müdiri
Xidməti tel.: (994 12) 4952058
Ev tel.: (994 12) 4938807