| Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı şəhəri |
|
|
| Təvəllüdü: | 04.03.1941 | ||
| Təhsili: | Bakı Dövlət Universiteti, kimya | ||
| Elmi dərəcəsi: | Kimya elmləri doktoru | ||
| Elmi rütbəsi: | Professor | ||
| Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.13 - Neft kimyası və neft kimya sintezi | ||
| Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 1989, fiziki-kimya | ||
| Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, kimya | ||
| Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 357 | ||
| Xaricdə çıxmış elmi əsərlərin sayı: | 177 | ||
| Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 38 | ||
| Əsas elmi nailiyyətləri: | Koherent sinxronlaşmış kimyəvi və biokimyəvi reaksiyaların makrokinetik nəzəriyyəsinin müəllifidir. O, kimyəvi interferensiyanın tərifini vermiş, fəzada və zamanda koherent sinxronlaşmış reaksiyalar üçün determinant tənliyini və koherentlik nisbətini təklif etmişdir. Bu nəzəriyyə birmənalı şəkildə təcrübədə təsdiq olunmuşdur. Son illərin elmi tədqiqatları imitasiya katalizi ilə bağlıdır; alkanların və alkenlərin hidroksidləşməsi və epoksidləşməsi üçün yüksək effektivli, oksidləşdirici təsirə və yüksək temperaturlara davamlı olan katalitik bioimitatorlar işlənib hazırlanmışdır. T.M.Nağıyevin fundamental elmi nailiyyətləri sırasında onun təklif etdiyi yeni HO'2 – müvafiq kinetik parametrli asılı elementar reaksiyalar mühüm yer tutur. Hidrogen-peroksidlə induksiya olunmuş yeni sərbəst radikallı reaksiyalar – atmosfer azotunun oksidləşdirici fiksasiyası, alkanların və alkenlərin qoşma dehidrogenləşməsi, epoksidləşməsi, hidroksidləşməsi və metanın metanola, folmaldehidə və hidrogentərkibli qaza oksidləşməsi reaksiyaları geniş tanınır. Kimyəvi və bioloji sistemlərdə enerjinin akkumulyasiyası prinsipinin işlənib hazırlanması yönündə əhəmiyyətli işlər görülmüşdür. Hazırda onun rəhbərliyi altında yeni analitik sistemlər olan biomimetik sensorların yaradılmasının elmi prinsipləri uğurla işlənib hazırlanır. T.M.Nağıyevin elmi maraq dairəsi: fiziki kimya, sərbəst radikallı oksidləşmə reaksiyaları kimyası, heterogen və bioimitasiya katalizi, koherent-sinxron reaksiyaların kinetikası və mexanizmi, tətbiqi biokimya və biotexnologiya. |
||
| Kadr hazırlığı: | |||
| elmlər namizədlərinin sayı: | 20 | ||
| Əsas elmi əsərlərin adları: |
|
||
|
|
Təltif və mükafatlar: |
"Şərəfli əməyə görə" yubiley medalı - 1970; |
|
|
|
Pedaqoji fəaliyyəti: | Bakı Dövlət Universiteti, kimya fakültəsi | |
| İş yeri və ünvanı: |
AMEA akad. M.F.Nağıyev adına Kimya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycan, Bakı, İçəri şəhər, Böyük qala, 41 |
||
| Vəzifəsi: | Laboratoriya müdiri, direktor | ||
| Xidməti tel.: |
(994 12) 5394691, (994 12) 4928711, (994 12) 4927787 |
||
| Ev tel.: | (994 12) 4924878 | ||
| Faks: |
(994 12) 4924474 |
||
| E-mail: | |||


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011