az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Azad Xəlil oğlu Mirzəcanzadə (1928-2006)

Anadan olduğu yer: Azərbaycan  Respublikası, Bakı şəhəri
Təvəllüdü: 29.09.1928
Təhsili: Azərbaycan Sənaye isntitutu, dağ mühəndisi
Elmi dərəcəsi: 1958, texnika elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.02.05 - Maye, qaz və plazmanın mexanikası
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1962, tətbiqi mexanika
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1968, tətbiqi mexanika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 373
Xaricdə çıxmış elmi əsərlərin sayı: 206
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 54

Əsas elmi nailiyyətləri:

Maye və qabların süzülməsində başlanğıc təzyiqlər qradiyenti nəzərə alınmaqla qanun təklif edilmişdir. Məsaməli mühitdə qazkondensat sistemlərinin süzülməsi və özlü plastik mayelərin hərəkətini təsvir edən differensial tənlik təklif edilmişdir.

Süzülmənin relaksasiya qanunu təklif edilməsi qazkondensat sistemləri və qeyri-niuton neft yataqlarının işlənməsinin metodik əsasları işlənilmiş və tətbiq edilmişdir.

Mürəkkəb şəraitdə quyuların qazılmasının hidrodinamik əsasları işlənilmişdir.

Quyuların qazılması, neft-qaz yataqlarının işlənməsi və neft nəqlinin iş rejimlərinin tənzimlənməsi üçün müxtəlif fiziki sahələr təklif  və tətbiq edilmişdir.

Neftqazçıxarmanın texnoloji prosesləri üçün sistemli təhlil işlənilmişdir. Dəniz neft yataqlarının işlənilməsinin dinamik metodları yaradılmış və tətbiq edilmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 300-dən çox
elmlər doktorlarının sayı: 120-dən çox
Əsas elmi əsərlərin adları:
  1. Neftçıxarmada özlü elastik və özlü mayelərin hidrodinamikasının məsələləri. Azneftizdat, 1954, 410 s.

  2. Fiziki proseslər mexanikası. MQU, 1976, 370 s.

  3. Özlü elastik mühitlərin qeyri stasionar hərəkəti. MQU 1977, 376 s.

  4. Neft-qaz layının fizikası. Monoqrafiya. "Nedra", M 1992, 270 s.

  5. Dəniz yataqlarının işlənməsi fraqmentləri. "Elm", Baku, 1977

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: 1991-ci il - Başqırdıstan Elmlər Akademiyasının Fəxri üzvü

1993-ci il - bu cünə kimi - Beynəlxalq Şərq neft Akademiyasının Prezidenti

1995-ci il - Ukrayna Neftqaz  Akademiyasının həqiqi üzvü

1995-ci il - Rusiya Təbii Elmlər Akademiyasının  (RTEA) xarici həqiqi üzvü

Təltif və mükafatlar:

Azərbaycan SSR Əməkdar elm və texnika xadimi - 1970;
SSRİ-nin Fəxri neftçisi - 1971;
SSRİ Qaz sənayesinin Fəxri işçisi - 1978;
Azərbaycan SSR
Dövlət mükafatı laureatı - 1980; 
SSRİ EA-nın Qubkin adına mükafatları - 1977, 1982;
2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni.

Pedaqoji fəaliyyəti:

1952 - 1960- cı illər - Azərbaycan Dövlət Universitetində "Nəzəri mexanika" və "Geofizika" kafedrasının dosenti; professor; 1959-1962-ci illər Azərbaycan Neft Akademiyasında "Neft yataqlarının işlənməsi və istismarı" kafedrasının müdiri.

Axırıncı iş yeri və ünvanı: Azərbaysan Dövlət Neft Akademiyası, Azadlıq pr., 20