az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Abel Məmmədəli oğlu Məhərrəmov

Anadan olduğu yer: Azərbaycan Respublikası, Ağdam rayonu
Təvəllüdü: 05.01.1950
Təhsili: Bakı Dövlət Universiteti, Moskva  Dövlət Universiteti, kimya fakültəsi
Elmi dərəcəsi: Kimya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.03 – Üzvi kimya
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, üzvi kimya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 900
Xaricdə çıxmış elmi əsərlərin sayı:

400

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı:

48

Əsas elmi nailiyyətləri:

«Dopinq şəraitində» elektrofil birləşmə reaksiyalarının yeni sintetik istiqaməti müəyyən edilmişdir. Qüvvətli elektrolitlərdən və onlara uyğun polyar həlledicilərdən istifadə etməklə elektrofil birləşmə reaksiyalarının istiqaməti kəskin dəyişdirilmişdir. Bununla da alınması çətin və ya praktiki cəhətdən mümkün olmayan bəzi sinif üzvi maddələrin sintezi həyata keçirilmişdir.

İlk dəfə olaraq on iki üzvlü tsikllərin konformasion analizi öyrənilmişdir. Bu məqsədlə nəzəri olaraq Kremer – Popla parametrlərinə əsasən kvant mexaniki hesablamalar aparılmış, sonra isə on iki üzvlü tsikllərin doymuş və doymamış törəmələri sintez edilərək rengenstruktur analiz vasitəsilə onların molekulyar və kristallik quruluşları öyrənilmişdir. Üç və dördüzlü heterotsikllərin, dopinq şəraitində dimerləşməsini tədqiq etmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 28
elmlər doktorlarının sayı: 6
Əsas elmi əsərlərin adları:

1.          An aromatic macromolecule as a nano drug carrier: polyether dendrimer / poly (2-hydroxyethyl methacrylate) // Polymer and Journal of Polymer and Polymer Composites. -2010. -V.18. -№8. -P.429-434. Abel M.Maharramov, Mohammad Reza Saboktakin, Roya M.Tabatabaie, Mohammad Ali Ramazanov.

2.      Acid base and sorption properties of phosphorus containing polymeric sorbent // Materials Research Innovations. -2010. -V.14. -№5. -P.414-418. Maharramov A.M., Al­os­ma­nov R.M., Azizov A.A., Buniatzadeh I.A.

3.              DFT study on the electrophilic transannular addition reaction of bromine to tet­ra­cyc­lo­[7.2.1.04,11.06,10] // Journal of Molecular Structure: THEOCHEM. -2010. -955. -P.130-133. Abel M.Maharramov, Rza Abbasoghlu, Yaprak Asamaz, Elman Mammadov.

4.              Molecular dynamics of alkenylphenol derivatives in solution as studied by NMR spec­tro­sco­py // Applied Magnetic Resonance. -2010. -V.38. -P.257-269. Maharramov A.M., Mammadov I.G, Eichhoff U., Bairamov M.R., Mammadova E.V.

5.             rac-5-Acetyl-6-hydroxy-3,6-dimethyl-4-phenyl-2H-4,5,6,7-tet­ra­hyd­­­­roi­n­da­zol-1-ium ch­loride // Acta Crystallographica. -2010. -Section E 66. -o 848. Abel M.Maharramov, Arif I.Ismiyev, Bahruz A.Ra­shi­dov, Rizvan K.Askerov, Victor N.Khrustalev.
 

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

2002-2004-cü illər Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının prezidenti;

2004-cü ildən Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri Assosiasiyasının vitse-prezidenti.

2008 - Gürcüstanın kimya cəmiyyətinin fəxri üzvü

 

Təltif və mükafatlar:

2011 - «Elm və təhsil sahəsində böyük xidmətlərinə görə» Birləşmiş Millətlərin İctimai Təltiflər üzrə Şurasının Beynəlxalq   Mükafat Birliyinin «Şərəf və Vicdan» Avropa Ordeni;

2010 - Krım Mühəndis Pedaqoji Universitetinin "Fəxri professoru";

2010 - Kazaxstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin "Fəxri doktoru" adı verilmişdir;

2010 - Azərbaycan həmkarlar ittifaqında xidmətlərinə görə medalı ilə təltif olunmuşdur;

2010 - "Avrasiya əməkdaşlığı üçün göstərdiyi  xidmətlərə görə" Avrasiya universitetlər assosiasiyasının medalı ilə təltif edilmişdir;

2009 - "Şöhrət" ordeni ilə təltif edilib;

2009 - Rusiyanın həmkarlar ittifaqının 100 illiyinə həsr olunmuş yubiley medali ilə təltif olunmuşdur;

2008 - Rumıniya Respublikasının Ovidius Universitetinin "Fəxri doktoru" adı verilmişdir;

2007 - "Qızıl Buta" mükafatına layiq görülmüşdür;

2004 - Türkiyə Respublikasının Kırıkkale Universitetinin "Fəxri doktoru" adı verilmişdir;

2004 - Rumıniya Respublikasının Ali dərəcəsi Komandor Ordeninə layiq görülmüşdür;

2000 - Tehranda keçirilən İqtisadı Əməkdaşlıq Təşkilatının Qızıl medalına layıq  görülmüşdür;

2000 - "Əməkdar elm xadimi" fəxri adı verilmişdir;

1999 - "Yusif Məmmədəliyev adına medal" la təltif edilmişdir.
 

Pedaqoji fəaliyyəti: 1976-cı ildən Bakı Dövlət Universiteti
 
İş yeri və ünvanı: Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası, Bakı ş., Z. Xəlilov küçəsi, 23
 
Vəzifəsi: Bakı Dövlət Universitetinin rektoru, "Üzvi kimya" kafedrasının müdiri, "Zərif üzvi sintez" laboratoriyasının müdiri,
Azərbaycan Respublikasının Milli Məclisinin Millət vəkili
 
Xidməti tel.: (994 12) 4303245
Faks: (994 12) 4983376