az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Yaqub Hüseyn oğlu Hacıyev (1929-2009)

Anadan olduğu yer: Azərbaycan Respublikası, Şəmkir rayonu, Morul kəndi
Təvəllüdü: 09.05.1929
Təhsili: Leninqrad Baytarlıq İnstitutu, baytar həkimi
Elmi dərəcəsi: Baytarlıq elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 03.00.20 - Helmintologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2001, baytarlıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 168
Xaricdə çıxmış elmi əsərlərin sayı: 4
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 1
Əsas elmi nailiyyətləri:

Helmintozların (fassiolyoz, finnoz, moniezioz, nematodozlar və s.) törədicilərinnin bioekoloji xüsusiyyətlərini, epizootologiyasını öyrənmiş, müalicə və profilaktika tədbirləri hazırlanmışdır. Orqanizmin rezistenliyinin artırılması və patogenetik terapiya məqsədilə mikroelementlərin (mis, kobalt, yod) işlədilməsinin elmi əsaslarını hazırlamışdır. Suvarılan torpaqlarda fasiləsiz və digər helmintozlara qarşı hazırladığı tətbiqi nəticəsində helmintozların yayılması və xəstələnmənin qarşısı alınmışdır. Bu tədbir cənub rayonlarında geniş tətbiq üçün metodiki vəsait kimi qəbul olunmuşdur. 20-dən çox dərman bitkilərinin antyelmint səmərəsi öyrənilmiş, onlardan bəziləri tətbiq üçün təklif edilmişdir. Respublikada əsas helmintozların yaxın 10 illiklərdə yayılmasının proqnozunu işləyib hazırlamış, aparılası profilaktiki tədbirlərin həcmini müəyyənləşdirmişdir.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 13
Əsas elmi əsərlərin adları:
  1. Helmintozlarla mübarizə kompleksində mikroelementlərinin əhəmiyyəti.
  2. Baytarlıq parazitologiyası. Azərnəşr, Bakı, 1986 (23,5 ç.v., şərik müəlliflər A.Q.Məmmədov və b.).

  3. Suvarılan və su çıxarılan ərazilərdə fassiolyozla mübarizəyə dair metodiki tövsiyyələr. ÜİKTEA-nın nəşri.

  4. Qoyunların monnezlozunda və quşların akkaridiozunda dərman bitkilərin işlədilməsi. j. "Veterinariya", 1997, N-10.
  5. XX əsrdə Azərbaycanda Baytarlıq helmintologiya elmi. j. "Azərbaycan Aqrar Elmi", 2001, N-1-2.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü
Axırıncı iş yeri və ünvanı:

Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutu, AZ1029, Azərbaycan Respublikası, Bakı ş., Böyük-Şor, Az.ETBİ