| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer:

Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu,  Danzik kəndi

Təvəllüdü: 16.10.1949
Təhsili: Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı, Azərbaycan dili və ədəbiyyatı ixtisası
Elmi dərəcəsi: Filologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 10.01.03 - Azərbaycan ədəbiyyatı
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, Azərbaycan ədəbiyyatı
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2003, Ədəbiyyatşünaslıq
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 48 kitab, 196 məqalə
Xaricdə çıxmış elmi əsərlərin sayı: 8 kitab, 30 məqalə
Əsas elmi nailiyyətləri:
  1. XX əsrin əvvəlləri Azərbaycan romantik lirikasının sənətkarlıq xüsusiyyətlərinin ilk dəfə olaraq sistemli şəkildə monoqrafik tədqiqi. Tənqidi realist ədəbi irsin yaradıcılıq problemlərinin hərtərəfli şəkildə, ədəbi-tarixi və nəzəri-estetik planda öyrənilməsi.

  2. Görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin (1869-1932) elmi tərcümeyi halının, , mühiti və müasirləri ilə çoxşaxəli yaradıcılıq əlaqələrinin, XX əsrin əvvəlləri Azərbaycan mətbuatının inkişaf yolunu və ideya-estetik problemlərinin çoxsaylı və yeni faktorlar və materiallar əsasında araşdırılması.

  3. Cəlil Məmmədquluzadənin "Ər", "Lənət" və "Oyunbazlar" adlı üç naməlum dram əsərinin aşkar olunaraq çap edilməsi; XIX-XX əsrlər Naxçıvan ədəbi mühitinin ardıcıl və sistemli tədqiqi.

  4. Müasir ədəbi prosesin müxtəlif problem və şəxsiyyətlər səviyyəsində təhlil edilib qiymətləndirilməsi.

  5. Ustad Məhəmmədhüseyn Şəhriyarın, xalq şairi Məmməd Arazın həyat və   yaradıcılığının monoqrafik tədqiqi.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 4
Əsas elmi əsərlərin adları:
  1. Romantik lirikanın imkanları. Bakı, "Yazıçı", 1984, səh. 166

  2. XX yüzilliyin əvvəllərində yaşayan Azərbaycan yazıcılarının bioqrafiyaları. Türkiyə, Ərzurum Atatürk Universiteti, 1992, səh. 78

  3. Cəlil Məmmədquluzadə: mühiti və müasirləri. Bakı, Azərbaycan Dövlət nəşriyyatı, 1996, səh. 680

  4. Джалил Мамедкулизаде (Молла Насреддин), Москва, "Наука", 1999, стр.184

  5. Xalq şairi Məmməd Araz, Bakı, "Azərbaycan", 1999, səh. 160

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü (2001);

  2. Türkiyə Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumu üzrə müxbir üzv (1999);

  3. Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü (2006).

Pedaqoji fəaliyyəti:

1971-75-ci illərdə orta məktəbdə müəllim, 1975-ci ildən Naxçıvan Dövlət Universitetində elmi-pedaqoji fəaliyyət

İş yeri və ünvanı:

Naxçıvan Dövlət Universiteti, 373630,  Azərbaycan Respublikası, Naxçıvan şəhəri, Universitet şəhərciyi, bina 1, mənzil 8

Vəzifəsi: Naxçıvan Dövlət Universitetinin rektoru
Xidməti tel.: (994 136) 53266
Ev tel.: (994 136) 54406
Mobil tel.: (994 50) 2226991
Faks: (994 136) 57288
Elektron poçtu: rector@ndu.edu.az

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az