az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Qırğızıstan Respublikası, Bazar-Kurqan kəndi
Təvəllüdü: 23.05.1947
Təhsili: Azərbaycan Neft və Kimya İnstitutu, geoloji-kəşfiyyat fakültəsi
Elmi dərəcəsi: Geologiya-mineralogiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 04.00.17 – Neft-qaz yataqlarının geologiyası, kəşfiyyatı və axtarışı
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, neft-qaz yataqlarının geologiyası və geokimyası
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2007, geologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 200, 6 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 85
Əsas elmi nailiyyətləri:

Quliyev İ.S. təbii qazların geologiyası və geokimyası, neft-qaz yataqlarının geologiyası və palçıq vulkanizmi sahələrində tanınmış alimdir. Onun rəhbərliyi və iştirakı ilə qırışıq zonalarının qaz rejiminin öyrənilməsi üçün orijinal tədqiqatlar aparılmış və karbon tərkibli qazın çıxma həcmi kəmiyyətcə dəyərləndirilmiş və atmosferin aşağı qatlarında paylanması öyrənilmişdir. O, AMEA Geologiya və Almaniyanın Təbii Resurslar institutlarından olan həmkarları ilə birlikdə dünyada ilk dəfə Azərbaycan palçıq vulkanlarından qazın çıxmasının monitorinqinin elmi - texnoloji prinsipləri şərh edilmiş və uzunmüddətli monitorinq aparılması təşkil edilmişdir. Bu tədqiqatların nəticəsində yer qazlarının həcmində kosmik və geoloji faktorlardan asılı olan periodik dəyişmələrin olduğu göstərilmişdir. Bu elmi tədqiqatlar “greenhouse effecti” mexanizminin öyrənilməsində əsas rol oynayır.
Quliev İ.S. həmkarları ilə birlikdə palçıq vulkanlarının püskürmə məhsullarının, süxurların, neftin, qazın və suyun izotop-geokimyəvi tərkibinin öyrənilməsi üçün ilk dəfə olaraq klassik tədqiqatlar aparılmış, palçıq vulkanizminin ən güclü və böyük paroksizmlər müfəssəl surətdə şərh edilən püskürmə kataloqu tərtib edilmişdir. Bu tədqiqatlar çöküntü süxurlarının spontan (öz-özünə əmələ gələn) həyəcanlanması və sıxlıq azalmasının modelini vermiş və seysmik məlumatlar əsasında Cənubi Xəzər hövzəsində böyük dərinlikdə sıxlıq azalma zonasının olduğunu göstərmişdir. Mövcud məlumatların nəzəri tədqiqatı əsasında palçıq vulkanının beynəlxalq elmi ictimaiyyət tərəfindən qəbul edilən orijinal fiziki-kimyəvi modelini hazırlanmışdır.
Xəzər dənizində subdəniz palçıq vulkanlarının, palçıq vulkanı qaz-hidratlarının tapılması və geoloji-geokimyəvi öyrənilməsinin dünya prioriteti İ.S.Quliyevə və onun AMEA Geologiya və VNİİ Okeanologiya (Rusiya) İnstitutlarından olan həmkarlarına məxsusdur.
Quliyevin önəmli praktik əhəmiyyəti olan tədqiqatlarından biri də Cənubi Xəzər hövzəsi timsalında sürətlə çökən hövzələrin karbohidrogen sistemlərinin öyrənilməsidir. Sürətlə çökmə şərti daxilində karbohidrogenlərin əmələgəlmə, miqrasiya və yığılma  surətlərinin və miqyasını öyrənmək üçün orijinal tədqiqatlar aparılmışdır; hövzə modelləməsi, geokimyəvi və izotop tədqiqatları əsasında Cənubi-Xəzər hövzəsində karbohidrogenlərin əmələ gəlmə və toplanmasının limit dərinlikləri və geniş dərinlik intervalı (16-18 km qədər) müəyyənləşdirilmişdir.
Bu tədqiqatlar Azərbaycanda karbohidrogen yataqları axtarışının effektivliyinin artırılmasına və quruda və dənizdə yeni neft-qaz yataqlarının tapılmasına köməklik etmişdir.
Cənubi Xəzər hövzəsinin palçıq vulkanizmi və neftqazlılığının öyrənilməsi üzrə silsilə işlərinə görə (bir qrup alimlərlə) müstəqil Azərbaycan Respublikasının ilk Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

 

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 7
elmlər doktorlarının sayı: 2
Əsas elmi əsərlərin adları:
  1. Guliyev I., Feyzullayev A. 1996. Geochemistry of hydrocarbon seepages in Azerbaijan. In  book “Hydrocarbon migration and its near-surface expression” by D.  Shumacher and M. Abrams et al. AAPG Memoir, v.66, p. 63-70.

  2. Guliyev I., Feyzullayev A., Tagiyev M. 1997. Isotope-geochemical characteristics of  hydrocarbons in the South Caspian Basin. Energy, Exploration and Exploitation, v.15, # 4/5,  p. 311-368.

  3. Inan S., Yalchin N., Guliyev I., Feyzullayev A., Kuliyev K. 1997. Deep petroleum  occurrences in the Lower Kura Depression, South Caspian Basin, Azerbaijan. Marine and  Petroleum Geology, v.14, #7/8, p.731-762.

  4. Reynolds A., Simmons M., Guliyev I. et al. 1998. Implications of Outcrop Geology for Reservoirs in the Neogene Productive Series: Apsheron Peninsula, Azerbaijan. AAPG Bulletin, v. 82, #1 (January 1998), p. 25–49.

  5. Guliyev I., Aliev G.-M., Aliyeva E., Muradov Ch. 2000. A Multicomponent  Anomaly in the Bottom Sediments and Seawater of the Central part of the South Caspian Depression. Geochemistry International, v. 38, #9, p. 921-928.

  6. Guliyev I., Kadirov F. 2000. A mechanism of intrastratal migration of hydrocarbons. Doklady Earth Sciences, v.373A, #6, p.941-943.

  7. Guliyev I., Feizullayev A., Guseynov D. 2001. Carbon Isotopic Composition of the  Hydrocarbon Fluids of the South Caspian Megadepression. Geochemistry International, v. 39, # 3, p. 237–243.

  8. Guliyev I., Feyzullayev A., Husseynov D. 2001. Isotope geochemistry of oils from fields and mud volcanoes in the South Caspian Basin, Azerbaijan. Petroleum Geoscience. v.7,  #2, p. 201-209

  9. Feyzullayev A., Guliyev I., Tagiyev M.  2001. Source potential of the Mesozoi Cenozoic rocks in the South Caspian Basin and their role in forming the oil accumulations in the Lower Pliocene reservoirs. Petroleum Geoscience, v.7, # 4, p.409-417.

  10. Mukhtarov A., Kadirov F., Guliyev I., Lerche I., Feyzullayev A. 2003. Temperature  variations in the Lokbatan mud volcano crater (Azerbaijan) after the eruption in 25 October 2001. Energy Exploration and Exploitation, v.21, #3, p.187-207.

  11. Guliyev I, Panachi B, 2004.  Geodynamics of the deep sedimentary basin the Caspian sea region: paragenetic correlation of the seismicity and mud volcanism. Geo-Marine Letters, v.24, № 3, p. 169-176.

  12. Guseynov D,  Guliyev I. 2004. Mud volcanic natural phenomena in the South Caspian  Basin: geology fluid dynamics and environmental impact. Environmental Geology, 46, p.1012-1023.

  13. Guliyev I., Guseynov D., Feizullayev A.  2004. Fluids of Mud Volcanoes in the Southern Caspian Sedimentary Basin: Geochemistry and Sources in Light of New Data on the Carbon, Hydrogen, and Oxygen Isotopic Compositions, Geochemistry International, v.42, #7, 2004, p. 688–695. 

  14. Guliyev I., Guseynov D. 2004. Dynamics of fluids in the South Caspian Basin. Doklady Earth Sciences, v.395A, #3, p.338-342.

  15. Isaksen G.,  Aliyev Ad., Guliyev I. et al.  2006. Regional Evaluation of Source Rock  Quality in Azerbaijan from the Geochemistry of Organic rock in Mud Volcano Ejecta. Proceedings of AAPG Istanbul Regional International Conference, #55, p.1-14.

  16. Guliyev I.  2006.  Mud Volcanism in Azerbaijan. American Institute of Physics  (AIP)      Conference Proceedings, v.825, p.11-18.

  17. Reilinger R., McClusky S., Guliyev I. et al. 2006. GPS constrain on continental deformation in the Africa-Arabiya-Eurasiya continental collision zone and implications for the dynamics of plate interactions. Journal of geophysical Research, v.111, p. 1-26.

  18. Kopf A., Stegmann S., Guliyev I. et al. 2009. In situ cone penetration test at the active Dashgil mud volcano, Azerbaijan: Evidence of excess fluid pressure, updoming, and possible future violent eruption.  Marine and Petroleum Geology, v.26, p.1-8.

  19. Mazzini A., Svensen H., Planke S., Guliyev I. et al. 2009. When mud volcanoes sleep: Insight from seep geochemistry at the Dashgil mud volcano, Azerbaijan. Marine and Petroleum Geology, v.26, p.1704-1715.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Amerika neftçi-geoloqlar assosasiasiyasının Azərbaycan bölməsinin prezidenti

Təltif və fəxri adlar:

Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi - 2008;
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı – 2010.

Pedaqoji fəaliyyəti: RDU (Moskva) – neft və qaz kafedrası; Azərbaycan Neft Akademiyası - geoloji-kəşfiyyat fakültəsi
İş yeri və ünvanı:

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 10
AMEA Geologiya İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H. Cavid pr., 29A

Vəzifəsi: Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti;
Elmi işlər üzrə direktor müavini
Xidməti tel.: (994 12) 4923243
Ev tel.: (994 12) 4540705
Faks: (994 12) 5372285
Elektron poçtu: iguliyev@gia.ab.az