|
|
Anadan olduğu yer: | Azərbaycan Respublikası, Bakı ş. |
![]() |
|
|
Təvəllüdü: | 15.01.1938 | |
|
|
Təhsili: | Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası), neft və qazın texnologiyası |
|
|
|
Elmi dərəcəsi: | Kimya elmləri doktoru | |
|
|
Elmi rütbəsi: | Professor | |
|
|
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: | 02.00.06 - Yüksək molekullu birləşmələr kimyası | |
|
|
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: | 2001, yüksək molekullu birləşmələr kimyası | |
|
|
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: | 2007, yüksək molekullu birləşmələr kimyası | |
|
|
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: | 400 elmi əsər, 30 ixtira, 2 kitab | |
|
|
Xaricdə çıxmış elmi əsərlərin sayı: | 220 | |
|
|
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: | 22 şəhadətnaməsi, 1 patent | |
|
|
Əsas elmi nailiyyətləri: | Kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsipləri işlənib hazırlanmışdır. Bu prinsiplər makromolekulların konformasiyasının, həmçinin zəncirlərdə və üçölçülü polimer karkasında funksional qrupların optimal vəziyyətinin yaranmasına əsaslanır. Polimerlərin morfoloji quruluşu ilə onların əsasında alınan sorbentlərin sorbsiya xassələri arasındakı qarşılıqlı əlaqə müəyyənləşdirilmişdir. Göstərilmişdir ki, makromolekulların kifayət qədər sərbəstlik dərəcəsinə malik olan çevik qlobulyar quruluşu sorbsiya olunan metal ionları və funksional qrupların vəziyyəti arasında fəza uyğunluğu əmələ gətirərək sorbentlərin yüksək selektivlik göstərməsi üçün zəmin yaradır. Sorbsiya proseslərinin kinetikasını müəyyənləşdirən yeni mərhələ - metalın sorbsiya olunması üçün əlverişli vəziyyət yaradan şişmiş polimer gelində seqmentlərin konformasiyalarının yenidən qurulma sürəti mərhələsi aşkar edilmişdir. Kompleks əmələ gətirən polimer sorbentlər və metalpolimer kompleks katalizatorlar alınmasının yeni prinsipi yaradılmış və tətbiq olunmuşdur. Prinsip polimer kompozisiyası hafizəsinin istifadəsinə əsaslanır və ilkin polimerin aktiv mərkəzlərinin sorbsiya olunan metal və yaxud karbohidrogen substratlarına sazlandırılması və sonradan molekullararası tikilmə yolu ilə məqsədəuyğun quruluş halında təsbit edilməsindən ibarətdir. Həmin prinsipdən istifadə etməklə fosforil, karboksil, piridin, amin və imin funksional qrupları olan yüksək sorbsiya və katalitik xassələrə malik yeni nəsl polimer sorbentlər və katalizatorlar alınmışdır. Bu sorbentlər və katalizatorlar müxtəlif sorbsiya proseslərində eləcə də bir sıra karbohidrogenlərin oksidləşməsi və hidrogenləşməsi reaksiyalarında yüksək aktivlik və selektivlik nümayiş etdirmişlər. Digər bir istiqamət metalpolimer kompleks əsasında gel-immobilizə olunmuş katalitik sistemlərin alınmasıdır. Polivinilpiridin, polimetakril turşusu, polimetakrilamid və digər makroli-qandlar kauçuk əsaslı polimerlərə calaq olunmuş və onların əsasında metal tərkibli gelimmobilizə olunmuş katalitik sistemlər sintez edilmişdir. Kauçuk əsaslı katalizatorların karbohidrogen mühitində yaxşı şişmə qabiliyyəti reagentlərin aktiv mərkəzlərə diffuziyasını xeyli asanlaşdırır. Bu katalizatorlar kimyəvi cəhətdən özlərini homogen katalizatorlar kimi aparır, çünki yüksək dərəcədə şişmiş polimerlərdə diffuziya sürəti mayelərdə diffuziya sürəti ilə müqayisə oluna bilər. Digər tərəfdən belə katalizatorlar heterogen katalizatorlar kimi reaksiya mühitindən asanlıqla ayrılıb təkrar istifadə oluna bilərlər. Gelimmobilizə olunmuş katalizatorların aşağı molekullu olefinlərin dimerləşməsində və sodimerləşməsində yüksək aktivliyə, selektivliyə və stabilliyə malik olması müəyyən edilmişdir. Eyni zamanda sənaye polimerlərinin modifikasiyası, yeni kompozisiya materiallarının yaradılması, sənaye tullantılarından səmərəli istifadəsi və kimyəvi ekologiya sahələrində apardığı tədqiqatlar da diqqətə layiqdir. |
|
|
|
Kadr hazırlığı: | ||
| elmlər namizədlərinin sayı: | 11 | ||
| elmlər doktorlarının sayı: | 1 | ||
|
|
Əsas elmi əsərlərin adları: |
|
|
|
|
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü: | Amerika Kimya Cəmiyyətinin üzvü, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının Yüksək Molekullu birləşmələr üzrə Elmi Şurasının üzvü, 7-ci (Leyden, Hollandiya, 1997), 8-ci (Tokio, Yaponiya, 1999), 9-cu (Nyu-York, ABŞ, 2001) və 10-cu (Moskva, Rusiya, 2003) Makromolekulyar-Metalkomplekslər üzrə Beynəlxalq Simpoziumların təşkilat komitələrinin üzvü. |
|
|
|
Təltif və mükafatlar: |
"Şərəf nişanı"
ordeni - 1986; "Əməkdar elm xadimi" |
|
|
|
Pedaqoji fəaliyyəti: | 1971-1987-ci illər və 1998-ci ildən indiyədək Azərbaycan Dövlət Neft Akademiyasında Yüksək molekullu Birləşmələr kimyası və texnologiyası ixtisası üzrə Dövlət imtahan komissiyasının sədri, 1991-2001-ci illərdə Azərbaycan Sənaye İnstitutunun professoru (0.5 ştat), 1968-1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda, Azərbaycan Dövlət Universitetində və Azərbaycan Politexnik İnstitutunda mühazirələr oxumuşdur. |
|
|
|
Axırıncı iş yeri və ünvanı: | Azərbaycan Milli Elmlər
Akademiyasının Rəyasət Heyəti, Kimya Elmləri Bölməsi,
AZ1001,
Azərbaycan Respublikası, Bakı şəhəri,
İstiqlaliyyət küçəsi 10; |
|


AMEA İnformasiya Texnologiyaları İnstitutu, 1995-2011