| |
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 25.02.1934
Təhsili: Azərbaycan Sənaye İnstitutu (hazırda Azərbaycan Dövlət Neft Akademiyası), dağ-mədən mühəndis-geoloqu 
Elmi dərəcəsi: Geologiya-mineralogiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 04.00.09 - Paleontologiya və stratiqrafiya
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1980, geologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989,  geologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 257, 7 monoqrafiya
Xaricdə çıxmış elmi əsərlərin sayı: 11
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 7
Əsas elmi nailiyyətləri:

Çoxillik tədqiqatlar əsasında Əli-zadə A.A. Azərbaycanın təbaşir mollyuska faunasının (belemnitlər) kompleksləri barədə təlimin başlıca müddəalarını irəli sürmüş, bu qədim canlıların təsnifatı və filogeniyasını vermiş, paleozoocoğrafi rayonlaşdırma prinsiplərini işləyib hazırlamış, ekologiya və paleontologiyaya dair məsələləri işıqlandırmışdır. Təbaşir dövründə Aralıq dənizi höfzələrində fəqərəsizlərin zaman-məkan daxilində paylanma mərhələlərinin müəyyən edilməsində və bu əyalətdə müvafiq paleobiocoğrafi taksonların ayrılmasında önçüllük A.A.Əli-zadəyə məxsusdur. Onun tərəfindən Qafqazın təbaşir höfzələrinin biogeokimyəvi rayonlaşdırılması metodlarının işlənməsi və təkamül amili paleohövzələrdə geokimyəvi şəraitin öyrənilməsi sahəsində fundamental tədqiqatlar aparılmışdır. İlk dəfə olaraq izotop paleotermometriya üsulu ilə Azərbaycanın təbaşir hövzələri üçün paleotemperatur qiymətlərini təyin etmişdir. Azərbaycanın təbaşir çöküntülərinin paleontologiya və stratiqrafiyası üzrə fundamental işlərə görə Azərbaycan Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 5
Əsas elmi əsərlərin adları:
  1. Меловые белемниты Азербайджана. М., Недра, 1972.

  2. Ak. A. Ali-zadeh, E. Z. Atayeva, R. O. Koshkarly, D. N. Mamedova, A. A. Babazadeh, M. D. Simmons, R. W. Jones., 1994, Biostratigraphy of Miocene sediments of Eastern Azerbaijan an overview. Jn: "Biostratigraphy of former Soviet Union oil and gas basins" St. Peters. 

  3. Reynolds A. D., Simmons M. D., Bowman M.B.J., Heubon J., Brayshow A. C., Ali-zadeh A. A., Guliyev I. S., Suleymanova S. F., Atayeva E. Z., Mamedova D. N., Koshkarly R. O., 1996. Implications of outcrop geology for reservoirs in the Neogene Productive Series, Absheron Peninsula, Azerbaijan. AAPG Bulletin, 82, 1, 25-49. 

  4. Ian Lerche, Ak. A. Ali-zadeh, I. Guliyev, E. Bagirov, R. Nadirov, M. Tagiyev, A. Feizullayev. South Caspian Basin: Stratigraphy geochemistry and risk analysis, Baki, 1997.

  5. Ali-zadeh Ak. A., Aliyev G. A., Babayev Sh. A., Babazadeh A. D. Stratigraphical atlas of oil-gas complexes of Azerbaijan. Houston, 1998.

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

Əli-zadə A.A. Rusiya paleontologiya cəmiyyətinin həqiqi üzvü, idarələrarası stratiqrafik komitənin üzvü, Qafqaz regional idarələrarası stratiqrafik komissiyasının sədridir.

Təltif və mükafatlar:

"Fədakar əməyə görə" medal - 1970;
"Şərəf nışanı" ordeni - 1986;
Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi - 1991;
Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı - 1991;
Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004.

Pedaqoji fəaliyyəti:

Azərbaycan Dövlət Neft Akademiyasında və Bakı Dövlət Universitetində müəllimlik fəaliyyəti ilə məşğuldur

İş yeri və ünvanı: Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, AZ1001, Azərbaycan Respublikası, Bakı ş., İstiqlaliyyət küçəsi, 10

AMEA Geologiya İnstitutu, AZ1143,  Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 29a

Vəzifəsi: Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti

AMEA Geologiya İnstitutu,  direktor

Xidməti tel.: (994 12) 4386230
Ev tel.: (994 12) 4973548
Faks: (994 12) 4975285
Elektron poçtu: gia@azdata.net

 

 

 

| Rəyasət heyəti | Rəyasət heyətinin strukturu | Bölmələr | İnstitut və Təşkilatlar |
| AMEA-nın prezidentləri | AMEA-nın həqiqi üzvləri | AMEA-nın müxbir üzvləri |
 Copyright © 1995          AMEA  İnformasiya Texnologiyaları İnstitutu            www.ict.az           secretary@iit.ab.az          info@science.az