az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Seyfəddin Vəli oğlu Əliyev

Anadan olduğu yer: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Alışar kəndi
Təvəllüdü: 30.05.1930
Təhsili: Azərbaycan Dövlət Pedaqoji İnstitutu, kimya-biologiya müəllimi
Elmi dərəcəsi: Biologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 03.00.08 - Zoologiya
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2001, zoologiya
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 2007, zoologiya
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 149 elmi əsər, 13 elmi məqalə, 4 monoqrafiya, 4 kitab
Xaricdə çıxmış elmi əsərlərin sayı: 38
Əsas elmi nailiyyətləri:

İlk dəfə olaraq "Azərbaycanın sovkaları" öyrənilmiş, 716 növ və 84 forma qeydə alınmışdır. Bundan 390 növü Azərbaycanın, 145-i Zaqafqaziyanın, 67-si isə SSRİ-nin faunası üçün yeni olmuşdu. 61 növ zərərverici kimi ilk dəfə müəyyən edilmişdi.  716 növün zonalar, viotoplar, ekoloji və zoocoğrafi qruplar üzrə yayılması, formalaşması, bioekologiyası, qida əlaqələri öyrənilmişdir. Pambığın zərərvericiləri üzrə yayılma xəritələri tərtib edilmiş, pambıq sovkasına qarşı mübarizədə entomofaqların say meyarı işlənmiş və təsərrüfatlara tətbiq edilmişdir.

Orta məktəbin 7-8-ci sinifləri üçün "Zoologiya" dərsliyinin, X - cildlik Azərbaycan ensiklopediyasının və "Heyvanlar  aləmi"nin II - cildinin müəlliflərindən olub, 5 elmi monoqrafiyanın, ali məktəblər üçün 5 dərs vəsaitinin və 55 çap vərəqi həcmində 2-cild. "Onurğasızlar zoologiyası" dərsliyinin redaktoru və tərcüməçisidir.

 

Kadr hazırlığı

elmlər namizədlərinin sayı: 8
elmlər doktorlarının sayı: 3
Əsas elmi əsərlərin adları:
  1. Azərbaycanın sovkaları, EA nəşr., Bakı, 1964, 77 səh.

  2. Pambığın bar orqanlarına zərər verən sovkalar. "Elm", Bakı, 1981, 60 səh.

  3. Azərbaycanın sovkaları (Lepidoptera, Noctuidae), "Elm", Bakı, 1984, 227 səh. (rus dilində).

  4. Zaqafqaziyada sovka faunasının formalaşmasına dair. EA nəşr., biologiya ser., Bakı, 1994, 60-67 səh. (rus dilində).

  5. Düşmənlərin düşmənləri, yaxud bizim dostlarımız. "Qırmızı Şərq", Bakı, 1995, 127 səh.

Təltif və mükafatlar:

IX beşilliyin zərbəçisi nişanı - 1975,

"Əmək veteranı" medalı - 1986

İş yeri və ünvanı: AMEA-nın Zoologiya İnstitutu, AZ1073, Azərbaycan Respublikası, Bakı ş., keçid 1128, kvartal 504.
Vəzifəsi: Entomologiya laboratoriyası və şöbəsinin müdiri
Xidməti tel.: (994 12) 4397371
Ev tel.: (994 12) 4326942