az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün
Ana səhifəStrukturAMEA-nın həqiqi üzvləri Maqsud İsfəndiyar oğlu Əliyev

Anadan olduğu yer: Gürcüstan Respublikası, Tbilisi şəhəri
Təvəllüdü: 27.08.1924
Təhsili: Bakı Dövlət Universiteti , fizika
Elmi dərəcəsi: Fizika-riyaziyyat elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 01.04.10 - Yarımkeçiricilər və dielektriklər fizikası
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1969, fizika
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1980, fizika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 400
Xaricdə çıxmış elmi əsərlərin sayı: 140
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 30
Əsas elmi nailiyyətləri:

Tədqiqatların əsas elmi istiqaməti yarımkeçiricilərdə (Se, Si, Ge, A3B5 birləşmələri, onların bərk məhlulları, İnSb-NiSb tipli yarımkeçirici-metal evtektikaları, mürəkkəb yarımkeçiricilər) kinetik hadisələrin tədqiqidir. Əsas elmi nailiyyətlər, istilikkeçirmə, elektrik, termoelektrik, qalvonomaqnit, optik və s. xassələrin,  yarımkeçiricilərin elektron enerji spektri, elektron və fononların pilmə mexanizmlərinin, həmçinin güclü kvantlayıcı maqnit sahələrində tədqiqindən alınan nəticələr olmuşdur.
Fizika problemlərinin qeyri-səlis çoxluqlar və qeyri-səlis məntiq nəzəriyyələri ilə tədqiqində mühüm nəticələr alınmışdır.
Elmi nailiyyətlərin həm də böyük praktiki əhəmiyyəti vardır.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 35
elmlər doktorlarının sayı: 6
Əsas elmi əsərlərin adları:
  1. "Теплопроводность полупроводников"- книга, Изд. АН Азерб. 1963, Баку

  2. "О рассеянии фононов в легированных кристаллах GaSb". Phys. Status Solidi, 1966, т.17

  3. "Кинетические явления в сильнолегированном p-InSb". ФТП, 1974, т.8

  4. "Free carrier absortion in GaXIn1-XAs". Phys. Status Solidi (b), 1987, 140

  5. "Fuzzines in Physical Sciences". Intern. Conf. on Application of Fuzzy Systems (ICAFS-98) Wiesbaden, Germany, 1998

Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
  1. Beynəlxalq Ekoenergetika Elmlər Akademiyasının həqiqi üzvü (akademiki)

  2. Nyu-York Elmlər Akademiyasının akademiki

Təltif və mükafatlar:

Azərbaycan Respublikası Əməkdar Elm Xadimi;
Akademik Y. Məmmədəliyev adına mükafat və medal;
Azərbaycan Respublikası Ali Sovetinin "Fəxri Fərmanı";
"Xalqlar dostluğu"
ordeni;
"Vətən müharibəsi" ordeni;
"Almaniya üzərində qələbə" medalı;
Azərbaycan Respublikasının "Şöhrət" ordeni - 2004.

Pedaqoji fəaliyyəti:

1950-1954 – Azərbayjan Politexnik İnstitutunun Fizika kafedrasının assistenti, baş müəllimi
1954-1957 – M.Əzizbəyov ad. Azərb. Neft-Kimya İnstitutunun Fizika kaf. baş müəllimi
1957-1961 – S.M.Kirov ad. Azərb. Dövlət Universiteti, baş müəllim, dosent

İş yeri və ünvanı:

AMEA Fizika İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., H.Cavid pr., 33

Vəzifəsi: Baş elmi işçi
Xidməti tel.: (994 12) 4395915
Ev tel.: (994 12) 4391182
Faks: (994 12) 4395961
Mobil tel.: (994 50) 3884743
Elektron poçtu: Maksud@physics.ab.az