az en ru
Azərbaycanda 1995-ci ildə istifadəyə verilmiş ilk veb-sayt
Bu gün

Anadan olduğu yer: Azərbaycan Respublikası, Bakı şəhəri
Təvəllüdü: 28.04.1943
Təhsili: Azərbaycan Dövlət Universiteti, bioloq
Elmi dərəcəsi: Biologiya elmləri doktoru
Elmi rütbəsi: Professor
Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 03.00.15 - Genetika
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 1983, genetika
Həqiqi üzv seçildiyi tarix və ixtisasın adı: 1989, genetika
Çapdan çıxmış elmi əsərlərin ümumi sayı:

310, o cümlədən 30 kitab

Xaricdə çıxmış elmi əsərlərin sayı: 200
Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 20
Əsas elmi nailiyyətləri:

Biomüxtəlifliyin mühafizəsi və genetik sistemlərin davamlılığını artırmaq və bu məqsədlə antimutagen, antikartsinogen və geroprotective vasitələrinin aşkar olunması və istifadəsi sahəsində yeni elmi konsepsiyalar. Davamlı inkişafın məqsədi olan ekoloji sivilizasiya (EcoCivil) konsepsiyasının müəllifidir. Fəaliyyəti dövründə genofondun mühafizəsi, davamlı və biliyə əsaslanan inkişaf, ekoloji sivilizasiyanın planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsi istiqamətində aşağıdakı konsepsiyaların müəllifidir.

1979 – Genofondun itmə ehtimalının proqnozlaşdırılması və qarşısının alınması. (Genetik aparatın davamlılığını qiymətləndirmək vasitəsilə itmə təhlükəsi olan növlərin müəyyən edilməsi. Biomüxtəlifliyin mühafizəsi üçün əhəmiyyətlidir. Patentləşdirilib. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1981- Ekoloji təhlükəsizliyi təmin edən yeni kompleks sistem (Texnoloji, komponent və kompensasiya texnologiyalarının kompleks şəkildə istifadəsini nəzərdə tutur. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib). 

1992 – Sağlamlıq və ətraf mühitin keyfiyyətini qiymətləndirmək, həmçinin onu idarə etmək üçün yeni sistem. (Yüksək məlumat potensialina malik olan və iqtisadi baxımdan əlverişli, insana yönəlmiş və genetik indikatorlara əsaslanan yeni ekoloji monitorinq sistemidir. Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1995 –  "Ekosivil" (Ekoloji sivilizasiya) davamlı inkişafın məqsədi kimi (Yeni konsepsiyadır, demoqrafik proseslərin və istehlak mədəniyyətinin, o cümlədən yaşıl həyat tərzinə əsaslanan yeni istehlak mədəniyyətinin formalaşmasına əsaslanır. Ekosivilin bir məqsədi də istehlak cəmiyyətindən düşünülmüş istehlak cəmiyyətinə keçməkdir). Konsept və onun detalları müxtəlif kitab və məqalələrdə nəşr edilib).

1998 - "Beyin axını" əvəzinə "Gen axını" termin və anlayışı.  (Əhalinin daha yüksək bilik və bacarığa malik olan hissəsinin əhəmiyyətli sayda öz ölkərini həmişəlik tərk etməsinə aiddir. Beyin axını xallarında bu proses müvəqqəti xarakter daşıya bilər. Yeni konsepsiyadır. Dərc edilib: Azerbaijan HDR, 1998, Fəsil 2).

1998 – "Texnoloji geriləmə ilə inkişaf" (Hər hansı inkişaf edən ölkə üçün yeni, lakin qlobal miqyasda inkişaf etmiş ölkələrlə rəqabət aparmaq imkanı yaratmaq qabiliyyətinə malik olmayan texnologiyaların tətbiqi. Gələcəksiz inkişafın bir təzahürüdür və ölkənin sərbəst rəqabət qabiliyyətini məhdudlaşdırır. Dərc edilib:  Azerbaijan HDR, 1998, Fəsil 4).

2006 – "Ətraf mühitin inteqral sistem kimi idarə edilməsi" (Ətraf mühitin vahid və təbii, iqtisadi, sosial, siyasi komponentlərdən təşkil olunmuş bir system kimi planlaşdırılmasını və idarə edilməsini nəzərdə tutur. Dərc edilib: Davamlı insan inkişafının əsasları. Bakı, "Təhsil", 2006, Fəsil 1).

2011 – "Ekoloji sivilizasiya indeksi" (Yeni əmsaldır. Sivilizasiyanın yeni səviyyəyə - ekoloji sivilizasiyaya hazır olmasını göstərir. Dərc edilib: Proceedings of the Azerbaijan National MaB, UNESCO "Ecological Civilization, Sustainable Development, Environment, 2011, v. 7).

Urxan Ələkbərovun elm və inkişafın planlaşdırılması və idarə edilməsinə aid konsepsiya və ideyaları dünyada tanınır və dəstəklənir. Ona istinadlar və ondan sitatlar bir çox beynəlxalq mənbələrdə, o cümlədən "Beynəlxalq lider və seçilmişlərin deyimləri" bölmələrində dərc edilir. Bu mənbələrdə Urxan Ələkbərov "Azərbaycan genetiki və inkişaf üzrə ekspert" kimi təqdim edilir. Onunla yanaşı bu mənbələrdə Xilari Klinton - ABŞ-nın dövlət katibi, Kofi Annan - BMT-nin Baş Katibi,  Andjelina Coli - xeyriyyəçi və Amerika film ulduzu, Ceorcio Armani - İtaliya dizayneri və biznesmeni, Cessika Beyl - Amerika film ulduzu, Eliye Veysel - Nobel Mükafatı Laureatlı və başqa tanınanlar göstərilir (Bax: http://www.theblukey.org/press/supporters.php, http://www.betterword.net/quotes/refugee-quotes.htm, http://www.artistopia.com, http://children.foreignpolicyblogs.com, http://refugee-stories,blogspot.com/p/undrsirable outcames.html, http://www.stopdatingviolence.org/quotes/refugee-quotes.htm, http://www.amazon.com/Home-Across-Lands..., http://www.mtholke.edu/~pila22d/..., digərləri.

Kadr hazırlığı:
elmlər namizədlərinin sayı: 22
elmlər doktorlarının sayı: 5
Əsas elmi əsərlərin adları:
  1. Особенности действия антимутагенов и перспективы их практического применения. В кн. «Успехи современной генетики», Москва, «Наука», 1979, том 8, 40 с.
  2. Антимутагенез: теоретические и практические аспекты. Москва, «Наука», 1984, 105 с.
  3. Inhibitors of mutagenesis and their relevance to carcinogenesis (C. Ramel, B. Ames, T. Kada, L. Wattenberg. Report of International Experts Group). Mutation Research, 1986, v. 168, p. 47-65.
  4. Davamlı insan inkişafının əsasları. Bakı, Təhsil, 207, 132 s.
  5. Capacity building for transition to ecological civilization. In: Ecological Civilization, Sustainable Development, Environment. Proceedings of the "Man and Biosphere" (MaB, UNESCO) Azerbaijan National Committee, 2010, v.6, p. 5-12.
Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:

BMT-də coordinator (əlaqələndirici), insan inkişafı üzrə müvəkkil, məsləhətçi, təlimçi (Bakı, Nyu York, London, Petersburg, Priştina, Duşanbe, Varşava, Kiyev, Vilnus, və b.)
Avropa Yenidənqurma və İnkişaf Bankı. (London). Ətraf mühit və sosial məsələlər üzrə məşvərət şurasının 11 üzvündən biri.
YUNESKO-nun "İnsan vş Biosfer" Proqramı üzrə Beynəlxalq Koordinasiya Şurasının üzvü (Paris)
Amerika Sağlamlıq Fondunun koordinator (əlaqələndirici) və dəvət olunmuş alimi (Nyu York)
Ətraf Mühitin Sağlamlığı Beynəlxalq Proqramın Rəhbər Komitəsinin üzvü (Nyu York, Vaşinqton)
Dünya Səhiyyə Təşkilatının Kimya Təhlükəsizliyi Proqramı, qrup rəhbəri (Cenevrə)
Beynəlxalq Həyat İnstitutunun (Paris, Fransa) expert qrupunun 5 üzvündən biri.
Azərbaycan, ABŞ, Birləşmiş Krallıq, Niderland, Turkiyə, Rusiya və Gürcüstanda dərc olunan elmi jurnallar və məcmuələrın redaksiya heyətlərinin üzvü. Həmin ölkələrdə müxtəlif beynəlxalq və xarici elmi cəmiyyət və akademiyaların üzvü. Müxtəlif ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda sədr və dəvət olunmuş məruzəçi (Azərbaycan, ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Japoniya, Koreya, Rusiya, Turkiyə, İtaliya, Yunanıstan, Almaniya, Sloveniya, Gürcüstan və s.).
 

Təltif və mükafatlar:

Azərbaycan LKGİ mükafatı laureatı - 1974;
"Əməkdə fərqlənməyə görə" medal - 1980;
"Şərəf nişanı" ordeni - 1986.
 

Pedaqoji fəaliyyəti:

Azərbaycan və xarici ali məktəblərdə, o cümlədən ABŞ (Columbia University, Kansas University, Texas University, Lehigh University, Rutgers University, University of Michigan, Jackson State University, New York University, Mississippi Valley State University, başqaları), Almaniya (Greiswald University), Türkiyə (Gadjitepe University, Chukurova University), İsveçrə (Stockholm University), Rusiya (Mockva Dövlət Universiteti), Gürcustan (Tbilisi State University, Georgian Agrarian Academy), İsrail (Tel Əviv Universiteti), digər ali məktəblərdə məruzə və seminarlar. Gürcüstan Dövlət Aqrar Akademiyasının fəxri doktoru. ADA (Azərbaycan Diplomatik Akademiyasının) təsisçilərindəndir. Orta və ali məktəblər üçün 10 dərslik və dərs vəsaitinin, o cümlədən orta məktəblər üçün dünyada birinci davamlı insan inkişafına həsr olunmuş dərsliyin müəllifidir.

Beynəlxalq inkişaf təşkilatlarının rəsmiləri üçün məruzə, seminar və təlimatlar:

Avropa Yenidənqurma və İnkişaf Bankı (London), BMT-nin Baş Qərargahı (Nyu York); Dünya Bankı (Vaşinqton), Ətraf mühit üzrə parlament komissiyaları və beynəlxalq şirkətlər (Azərbaycan, Böyük Britaniya, Norvec, Sloveniya, Rusiya, Fransa və s.)

 

İş yeri və ünvanı: UNESKO-nun "İnsan və biosfera" proqramı
Vəzifəsi: AMEA-nın müşaviri, Proqramın direktoru,
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru
Xidməti tel.: (994 12) 4928413
Fax:              (994 12) 4925699
Ev tel.: (994 12) 4398691
Mobil tel.: (994 50) 4959944
Elektron poçtu:

uk.alakbarov@gmail.com
azermabunesco@gmail.com